Putin Nazarbayevlə iqtisadi əməkdaşlığı müzakirə edəcək
Astarxanda keçiriləcək Xəzər Sammitindən sonra Rusiya prezidenti Putin Qazağıstanın Atırau şəhərinə XI regionlararası əməkdaşlıq forumuna yollanacaq.
Səfər sentyabrın 30-da gözlənirir. Bundan başqa Vladimir Putin ölkə prezidenti Nursultan Nazarbayevlə bir sıra danışıqlar araracaq. Forum ” Karbohidrogen sferasında innovasiya”” mövzusuna həsr olunub. Moskva və Astana mis-kolçedan filizinin hasili şərtlərini müəyyən edəcək və Baykonurun radio tezlik spektrının istifadəsi ilə bağlı razılaşma imzalayacaq.
RF prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə verdiyi açıqlamalara görə danışıqlarda Putin və Nazarbayev istisadi-ticarət əməkdaşlığının perspektivlərinin armasına xüsusi diqqət ayıracaqlar. Söhbət Avrasiya İqtisadi İttifaqı çərçivəsində Minskdə keçiriləcək çoxtərəfli tədbirlərdə iştiraka hazırlıqdan gedir.
“”2014-cü ilin birinci yarısında Rusiya ilə Qazağıstan arasında mal dövriyyəsi 6,3 faiz azalıb. Bu bir çox hallarda yanacaqdaşıma bazarında şəraitin dəyişməsi və Rusiya statistikasında onların qeydiyyat sistemi ilə bağlıdır. Bununla yanaşı investisiyalar artıb. Rusiyanın 85 regionundan 76-sının Qazağıstanın 14 regionu ilə iqtisadi əlaqələri var. Regionlararası 300 anlaşma mövcuddur. Ən aktiv regionlar- Orenburq, Sverdlovsk və Çelyabinsk vilayətləri, həmçinin Tatarıstanla mal dövriyyəsi milyard dolları keçib.
/Yenises.ru/
“