“Novaya qazeta”” Luqanskın başçısı Plotnitskinin Rusiyaya qaçdığını xəbər verib”
Qondarma Luqansk xalq respublikasının başçısı İqor Plotnitskinin avtomobil korteji Rusiyaya getdiyi haqda “Novaya qazeta”” yazıb. LXR başçısı ilə birlikdə onun administrasiyasının rəhbəri İrina Teysman, LXR dövlət telekompaniyasının başçısı Anastasiya Şurkaeva və bir neçə nəfər respublikanı tərk edib. Qondarma Donetsk xalq respublikasına yaxın olan mənbə “”Vedomosti””yə Plotnitskinin yaxın ətrafı ilə birlikdə Rusiyaya gəlməsi faktını təsdiq edib. Onun sözlərinə görə hazırda administrasiyada onun əvəz edilməsi məsələsi həll olunur.
Bir müddət əvvəl Ukrayna DİN informasiya departamentinin başçısı Artyom Şevçenko xəbər vermişdi ki, Luqanskdakı vəziyyətlə bağlı Plotnitski Rusiyaya gedib.
Noyabrın 21-də gündüz Luqanskın mərkəzini hərbi geyimli adamlar və zirehli texnikalar bağlayıb. Onlar inzibati binanı ələ keçirməyə cəhd ediblər və teleradionun yayımını dayandırıblar. Cümə axşamı ATƏT-in müşahidəçiləri Luqanskın mərkəzində hərbi texnika ilə olan şəkil dərc ediblər. ATƏT-in Xüsusi Moritorinq Missiyasının məlumatına görə hələ də şəhərdə qollarında ağ lent və üzü bağlı kimliyi bilinməyən silahlı adamlar dolaşırlar.
Yenises.ru“