“Xəzər-Lənkəran ” da mübarizənı dayandırdı
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirildi. Azərbaycanı bu möhtəbər turnirdə təmsil edən “Xəzər Lənkəran”” klubu Polşada “”Lex”” klubunun qonağı olub. Lənkəranda 1:1 hesabıyla sülh bağlayan ağ-yaşıllar bu dəfə səfərdə məğlub olaraq mübarizəni dayandırdılar.
Oyunda vurulan yeganə qol 15-ci dəqiqədə Alexandr Tonev tərəfindən vuruldu. Tərəflər arasında güclü rəqabətə baxmayaraq oyun minimal hesabla ev sahibinin qələbəsi ilə sona çatdı.
Oyunun son dəqiqələrində “Xəzər-Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq meydandan çıxarıldı
Bununla da Avropa Liqsında iştirak edən son klubumuz da mübarizəni dayandırdı.
Avropa Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
26 iyul
LEX – XƏZƏR LƏNKƏRAN – 1:0 (ilk oyun – 1:1)
Qol: Tonev, 15 (1:0)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan).
Poznan. “Meyski” stadionu.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendal Brenes, 18. Alim Qurbanov, 42. Kamran Abdullayev, 81. Rikardo Qomes.
Ramin Kazımov
/Yenises.ru/
“