AYB-nin Moskva bölməsinin 10 illik yubileyi Moskvada qeyd edildi (FOTOLAR)
Moskvada Millətlər evində Azərbaycan Yazıçılar Birliyinin 10 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
Təbdirdə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin ünvanına tənqidlər səsləndi. Rusiya ziyalıları Əkrəm Əylislinin “Daş yuxular””ı haqqında “”Bunu yazan azərbaycanlı ola bilməz””- deyə qəzəb və etirazlarını bildirdilər. Bütün bunlar Moskva Millətlər Evində təşkil olunmuş AYB Moskva bölməsinin tədbirində yaşandı.
AYB Moskva bölməsinin 10 illik fəaliyyətinin hesabatı və Əkrəm Əylislinin son günlərdə Azərbaycan gündəminə qəfil bomba kimi düşüb ədəbi və ictimai mühiti sarsıdan “Daş yuxular” əsərinin müzakirəsinə həsr olunmuş tədbiri qurumun sədri Tofiq Məlikli açdı. O, hələ 2003-cü ildə AYB Moskva bölməsinin yaranması təşəbbüsü meydana gələndə bir çoxıarının buna dodaq büzüb etiraz etdiyini dilə gətirdi.
“Yadımdadır, hələ o zamanlar Alla Axundova “Biz uşaq uşaq oyunu oynamırıq”, hörmətli yazıçımız Çingiz Hüseynov isə, “Yazıçıya bir masa və kağız -qələm kifayət edər” –deyə bu qurumun yaranmasına etiraz etmişdilər. Bunlar giley deyil, bu gün 10 ili arxada buraxan bir qurumun yaranan zaman hansı çətinliklərdən keçdiyi tarixi xatırlatmadır”-deyə Tofik Məlikli bəyan etdi. Nitqinə davam edərək, bizim məqsədimiz nə idi-dedi. Burada yazıb- yaradan yazıçı-şairlərimizi bir arada toplamaq, onları Rusiya ədəbi mühitinə tanıtdırmaq, kitablarının nəşrinə kömək etmək. Nələrə nail olduq bu 10 ildə? AYB Moskva bölməsi Azərbaycanın tanımış ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, kitab təqdimatları olmaqla 10 ildə 47 təbdir keçirib.
Burada yazıb-yaradan ədəbiyyat nümayəndələri və nümunələrini “mühacir və ya diaspora ədəbiyyatı” adlandırılmasına da etirazini çatdıran natiq- burada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatının bir parçasıdır- söylədi.
Tofiq Məlikli Rusiyada fəaliyyət göstərən digər ictimai təşkilatlara da münasibət bildirərək onların öz aralarında yola getmədikləri faktına toxundu.
“Bir-birinin tədbirinə getməmək bir yana, hətta “onun tədbiri üğürsüz keçdi”-deyə sevinənlər var və mən bunu anlamıram”.
“ Rəhbərlik etdiyi AYB Moskva bölməsi və “Ocaq ”cəmiyyətinin keçirdiyi tədbirlərdə maddi və mənəvi dəstəyi olmayan bəzi təşkilatlar hesabtlarında buna şərik olduğunu xüsusilə vurğuladı.
BİZİM ARXAMIZDA DURANLAR VARMIŞ, XƏBƏRİMİZ YOX…
“Bizim keçirdiyimiz tədbir haqqında Diaspora ilə İş Üzrə Dövlət Komitəsi “Dəstəyimizlə Moskvada belə bir tədbir keçirildi”- deyə informasiya verir. Bizim arxamızda duranlar varmış, xəbərimiz yoxmuş”-ironiyasını etdi.
Sonra o, Ümumrusiya Azərbaycanlıları Konqresinin bu günlərdə keçiridyi iclasında təşkilatın sədri Məmməd Əliyevin “bundan sonra biz yubileylər keçirməklə məşgul olmayacağıq, o işlə, qoy, xirda təşkilatlar məşğul olsun ”-deyə mətbuata verdiyi açıqlamasına irad tutdu. ÜAK Ali Şurasının üzvü kimi bu deyimin təşkilatın nizamnaməsinə zidd olduğunu bildirməklə, Azərbaycan klassiklərinin, ədədi irsimizə töhfə vermiş insanların yubleyinin belə kiçildilməsindən təəssüfləndiyi dedi.
Əkrəm Əylislinin “Daş yuxular” povestinin doğurduğu acı rezonansdan da söhbət açan Tofiq Məlikli, “ mətbutda da yazdığım kimi bu bir yazıçının tənəzzülünü təsdiq edən amildir”-dedi.
BİR YAZINI YOXLAMDAN VERMƏYƏN JURNAL BƏDİİ STANDARTLARA CAVAB VERMƏYƏN BƏRDAB TƏRCÜMƏ OLUNMUŞ ƏSƏRİ NİYƏ ÇAP ETDİ?
Əkrəm Əylislinin povesti çap olunmuş “Drujba narodov” jurnalının ağır günlərində -2006-cı ildə Rusiyadakı Azərbaycan ictimai mühiti o jurnala maddi və mənəvi dəstək verdiyini söylədi. Tofiq Məlikli onu da qeyd etdi ki, jurnalın baş redaktoru Ebonaidze bir yazını belə yoxlamadan, redaktə etmədən dərc etməz. Bədii standartlara uymayan və bərbad tərcümə olunmuş əsərdə qrammatik səhvlərə baxmadan “Daş yuxular”ın bu jurnalda işıq üzü görməsi başqa mətləbdən xəbər verir.
Bir nüansı da nəzərə çatdıraraq yazıçı Çingiz Hüseynov və kinodramaturq Rüstəm İbrahimbəyovun bu əsərdən əvvəlcədən xəbərləri olduğunu və “Daş yuxuları” “”ədəbi şedevr “” adlandırdıqlarını bildirdi.
AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu da bu qurumun xətti ilə bir çox azərbaycanlı ziyalılarımızın kitablarının, məqalələrinin çap olunmasında birbaşa yardım etdiyindən danışdı. Bir çox yazarlarımız bizim təqdimat məktubumuzla Rusiya Yazıçılar İttifaqı, Beynəlxalq Publisistlər Assosasiyası kimi təşkilatlara üzv olublar. Onların yazıları Rusiyanın və digər ölkələrin jurnal və almanaxlarında işıq üzü görməsində AYB Moskva bölməsnin xüsusi xidməti olduğunu qeyd etdi.
ÜAK –dən bu tədbirin daha çox təntənəli yubiley tədbiri olduğunu düşünüb gəldiyini bildirən Manaf Agayev təmsil olunduğu təşkilatın təbrik məktubunu oxudu. Tofiq Məliklinin ÜAK prezidenti M. Əliyevin söylədiyi fikrə dair isə onun belə bir söz demədiyini bildirdi.
Tofiq Məlikli M. Əliyevin bu fikri səsləndirdiyi haqqında dəqiq məlumatı olduğunu deyərək, Manaf müəllimə yerindən etiraz etdi.
Rusiya Yazıçılar Birliyinin üzvü və “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin mətbuat katibi şairə Afaq Şıxlı son bir ildə nəşr olunan kitablardan danışıb iştirakçıları həmin kitablarla tanış etdi. Əkrəm Əylislinin əsərinə də toxunaraq onun ədəbi əsər kimi zəifliyindən danışdı.
“Hamı tarixdə qalmaq istəyir. Tarixdə qəhrəman kimi də qalmaq olar, xain kimi də… ” – deyən şairə elə o mövzudan təsirlənərək yazdığı “Bizik” şerini oxudu.
Digər çıxış edənlər də nitqini əsasən Əkrəm Əyllislinin “Daş yuxular”ının doğurduğu acı reaksiyaya yönəldərək, “bu əsəri yazanın azərbaycanlı olduğuna insan inana bilmir”- dedilər.
Mövzu ətrafında danışan tarixçi alim Əşrəf Hüseynli, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov əsəri pislədilər.
Rusiyadakı “Dərviş” Azərbaycan teatrının rəhbəri Mərdan Feyzullayev “Drujba narodov” jurnalına bu yığıncaqda deyilənlərin nəticəsi olaraq müraciət göndərilməsini təklif etdi.
Xatırladaq ki, tədbirdə Rusiyada fəaliyyət göstərən Azərbaycan yazıçıları, ictimai təşkilatlarından, Rusiya Yazıçılar İttifaqından dəvət olunmuş nümayəndələr və jurnaistlər iştirak edirdilər.
Tünzalə Vəliqızı
Moskva, Yenises.ru
Şəkillər Abbas Alıyevindir“