“Son” ilk oldu
Türk serialları dünyanı fəth edir
İlk türk serialı ABŞ-na ayaq açdı. İsveçdən Vyetnama qədər 42 ölkə telekanalında yer alan türk seriallarının dünya səyatəti siyahısına kino sənətinin zirvəsi sayılan Hollivudun da adı əlavə edildi. Belə ki, Tükiyənin “Son” adlı serialı Amerika telekanallarında yer alacaq.
İldə 100 milyon dollarlıq ixracata imza atan türk serialları bu dəfə Hollivuda gözünü dikdi. İlk dəfə İsveç televiziyalarında göstərilən “Son” , türk seriallarını Qərbi Avropa ilə tanış etdikdən sonra Amerikaya doğru yol aldı. Dünyanın ən məhşur yayım şirkəti Sander Moses Productions Atv-də nümayiş etdirilən “Son” serialını amerikalı tamaşaçılar ilə görüşdürəcək. Sander Moses Productions-nin rəhbəri Lan Sander serialın ABŞ- da da göstəriləcəyini söylədi.
“Ay Yapım” şirkətinin çəkdiyi “Son”serialının ABŞ- a ixrac edilən ilk serial olduğunu dilə gətirən Lan Sander, “Son zamanlar Türk istehsalı olan filmlər bütün dünyanın diqqətini çəkir. Belə keyfiyyətli ssenarisi olan seriallar tapmaq çox çətindir”- açıqlamasını edib. Sander Moses Productions, Ghost Whisperer başda olmaqla bir çok serialların istehsalçısıdır.
Xüsusilə Avropada çox böyük maraqla qarşılanan “Son” serialı bu ilin əvvəlində İsveçdə “Yalan” adıyla ekranalara daxil oldu. 2013-cü il “Avrovizion”musiqi yarışmasına ev sahibliyi etməyə hairlaşan dövlət televiziyası STV serialı yanvar ayında efirə çıxartdı. 16 telekanalı olan İsveçdə nümayişə başlandığı gündən “Son” izlənmə rekordu qazanaraq birinci oldu. Ölkənin ən məhşur teletənqidçisi olan Björkman “Son” serialının ən yaxşı xarici serial olduğunu yazdı. Björkman ssenarisi beynəlxalq çıxışlı, həyəcan və gərginliklərlə dolu olan, mövsümün ən yaxşı serialının bu dəfə Amerikadan deyil, Türkiyədən gəldiyini söylədi.
Leyla
/Yenises.ru/“