İsmayıl Şabanov: “ Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz”


İsmayıl Şabanov:  “ Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz”
Son zamanlar Azərbaycan gündəminin köşəsində rahatlanıb yer almış Rusiyada yaranan diaspor təşkilatlarımızla bağlı qalmaqallı kimi dəyərləndirilən yazıları, bu təşkilatların arınma, aydınlaşma dönəmindən keçməsi kimi qiymətləndirmək olar. Elə bu ərəfədə digər Azərbaycan -talış təşkilatlarında bir canlanma müşahidə olunmaqdadır. Bu və digər məsələlərə öz ayrıca baxışı olan cəmiyyətlərdən biri də Rusiya Talış diasporu təşkilatıdır. Cəmiyyətin sədri İsmayıl Şabanovla ümumi mənzərəyə baxıb, onun baxışalarını və mğövqeni öyrənmək istədik.

– İsmayil müəllim, Rusiyada yaranan Talış diasporu təşkilatının sədri kimi, diasporlarımız deyəndə özünüzü hansılara aid edirsiniz, yəni Azərbaycan diasporasının tərkib hissəsinəmi, ya…?

-Biz diaspora deyəndə özümüzü Rusiyada yaşayan və əsasən Rusiya Federasiyasi vətəndaşları olanlara aid edirik. Əlbəttə ki, Azərbaycanda olduğu kimi Rusiada da biz çalışırıq ki, eyni şəkildə mədəni adət-ənənələrimizi birgə goruyub saxlayaq. Məhz buna görə də Talış Diasporu təşkilatı olaraq biz Rusiyada olan AzərRos milli mədəni muxtariyyəti ilə çox yaxından əməkdaşlıq edir və bir-birimizə dəstək veririk. Şübhəsiz ki, bizim hamımız üçün Azərbaycan kiçik vətənimizdir.

-Bəlkə kiçik yox, etnik və doğma vətənimizdir- demək istədiniz?! ))

-Bəli. Sizinlə tam razıyam, texniki səhvimə göra üzr istəyirəm.Siz jurnalist olduğunuz üçün sizin söz ehtiyatınız daha zəngindir.

-Təşəkkür edirəm. AzərRos-la əməkdaşlıqdan söz düşmüşkən, Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) yarandığını elan edər -etməz ətrafını müxtəlif söz-söhbətlər bürüdüyü Sizə də məlumdur. Belə bir qalmaqalla ortaya atılmış təşkilat haqqında siz nə düşünürsünüz?

-Əslində çox yaxşi sual verdiniz. Ümumiyyətlə, hamıya məsləhət görərdim ki, Rusiyada yaranmış Azərbaycan Təşkilatlari İttifaqını dəstəkləsinlər. Düzdür, müəyyən səbəblərə görə təşkilat hələlik istədiyimiz formada fəaliyyət göstərə bilmir, lakin mən tam əminəmki, RATİ yaxın gələcəkdə çox yaxşı işləri ilə tanınanacaq. Amma çox əfsuslar olsun ki, bu təşkilatın ətrafında əsassız siyasi söhbətlər gedir. Azərbaycanın keçmiş baş nazirinin müavini Abbas Abbasovun təşkilata rəhbərliyi ümumi Azərbaycan diasporları üçün müsbət faktor ola bilər. Rusiyada yaranmış bu təşkilatın Azərbaycanın siyasi işlərinə qarışacağına inanmıram.

-O zaman sizcə, bu təşkilatın Rusiyanın Azərbaycana təsir vasitəsi olaraq yaradıldığı fikrini ortaya atan kimdir və ya kimlərdir?

-Vallah, konkret fakt deyə bilmərəm, ancaq bunu deyə bilərəm ki, bəzi digər təşkilatlardan fərqli olaraq, Rusiyadaki Azərbaycan Təşkilatlari İttifaqı sözün əsl mənasında Rusiyada yaşayan azərbaycanlıları siyasi baxişlarına və milli mənsubiyyətlərinə fəqr qoymadan bir yerə yığıb ümumi problemlərimizi həll etmək məqsədi ilə yaradılıb. İlk baxışdan deyə bilərəm ki, hələlik bu sahədə proses müsbət formada gedir.

Şübhəsiz bu təşkilatın gələcəyinə inanıramm, çünki təşkilatın siyasi platforması düzgün qurulub. Təşkilatın rəhbəri Abbas Abbasov ümumilikdə çoxları tərəfindən həm rəhbər, həm də ağsaqqal kimi qəbul olunur. Bildiyiniz kimi, A. Abbasov çox təcrübəli adamdir, ona etimad edilən bu işi müvəffəqiyyətlə davam etdirəcək. Fikrimcə, təşkilat daha çox birləşdirici xarakter daşıyır, təşkilat ətrafında gedən parçalanma kimi söz-söhbətlər əsassızıdr. Təşkilatın yüksək səviyyədə keçirdiyi Novruz bayramında hamını bir yerə toplaması birləşdirməyə çalışdığının real təzahürüdür.

-İsmayıl müəllim, Şuşadan ermənilərin “Talışıstanın səsi”” radiosunun yayımlanması xəbəri bizi qəfil haqladı. Siz bu qəfil “”səsi”” necə qarşıladınız?

-Əslində mənim üçün də bu qeyd etdiyiniz kimi qəfil səs oldu, onu elə bu cür də qəbul etdim. O səs mənim üçün o zaman xoş səs olardı ki, Bakıdan, yaxud Lənkərandan gələydi. Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz. O səs məni kövrəldir, oradakı şəhid əsgərlərimizi xatırladır.

-Yəqin ki, siz ermənilər bu “”səsi”” səsləndirməklə hansı mənfur niyyətə xidmət etdiyinə eyham vurursunuz?

-Şübhəsiz, ermənilərin bu niyyəti talışların mədəniyyətinə xidmət etmək deyil. Onların məqsədi ortada olan boşluqdan öz məqsədləri üçün istifadə etməkdir. Biz bunları gözəl başa düşürük, yaxşı olardı ki, Azərbaycan hakimiyyəti də bu boşluqları doldurub düşmənin əlinə belə fürsətlərdən yararlanmaq imkanı verməsin. Mən talış faktorundan dövlətlərarası siyasətdə bir kart kimi istifadə edilməsini qəti əleyhinəyəm. Rusiyada olan talış diasporunun rəhbəri kimi məsləhət bilirəm ki, bu cür problemlər ölkə daxilində həll olunsun. Azərbaycan höküməti bunu həll etməyə qadirdir. Xüsusən qeyd etmək istəyirəm ki, talış xalqında separatçılığa meyl yoxdur və onlar yalnız mədəni haqlarını tələb edirlər. Bakıda, ya Lənkaranda talış dilində radionun açılması bizim üçün xoş olardı və talışların vətənə qarşı vətənpərvərliyini daha da artırardı. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, heç bir qüvvə nə bizi sizinlə, nə də sizi bizlə qarşı-qarşıya qoya bilməz. Çünki bizləri bir-birmizlə dərin tarix və mədəni ortaqlıq bağlayır. Talış faktorundan kimlərinsə istifadə etməsinə imkan vermərik.

Şöhbətləşdi: Tünzalə Vəliqızı, Moskva

/Yenises.ru/


Bir cavab yazın