“Öləndədir günah”” tendensiyası”
İzzət Oskar Uayldın Doriyen Qreyi yaşda… O da gənc bir qızı öldürdü-sevgisizliyi ilə. Vicdanı ilə üzləşməkdən qoxdu. Və günahını yeni bir günahla təmizləmək yolunu seçdi… Vicdanının aynasında çirkinləşən üzünün heyfini onu göstərən tablodan aldı.
Əslində Oskard Uayldın “Doriyen Qrey””indəki bu tablo cəmiyyətin, insanın vicdanının, mərhəmətsizliyinin, özünün bais olduğunu öz əliylə məhv edib durulamasını göstərən ədəbi təsvir idi. Ədəbi təsvirlər həyat deyil, bəli. Çünki həyatlar ədəbi təsvirləri, fantaziya gücünü aşıb. Bu ədəbiyyatın təlqin gücsüzlüyü yox, ondan imtinanın, istiqamətinin çaşdırılmasının məqsədyönlü yoludur. Ki hər şeyin kökündə bu dayanır. Cəmiyyətin qarşımızda açdığı tablo və oradakı əksimiz…
Bizi yaraşıqlı edən, üzümüzdəki makiyaj timsallı o işıqlı rənglər altında olansa…
Mövzu prioritet olmağa can atmaq istərmi? Uzun zaman diqqətdən qaçırıb, ya son ana kimi onun ətrafına yığıntı yığılmasını gözləyib, sonra birdən partlayış edirik.. Bəli, biz ictimai duruma nəzarət edən, onu duruldan deyib, yalnız özümüzü durulamaqla məşğul olanlar- hamımız. Siyasətçisi, jurnalisti, həkimi, hakimi və sair və ilaxırı…
Əslində yazmalı, yanmalı o qədər nəsnəni beləcə gözardı edib, sonradan bəxtinin təxtinə qaldırmışıq ki… Bu həyatdaki iki taxtdan birincisi-xoşbəxtlik taxtına mindirməyə güc sərf etmədən, qaçılmaz ikinci- ölüm taxtına gedişini seyr edib, sonradan “”vəsf edirik””.
İzzəti–nəfsimiz başımıza tac edildikcə, o izzətlər AyTacların ölüm fərmanını yazırlar.
“”Nəslihan da öldürüldü… Susmadılar. Biz də susmayaq””. Və “”cəsarətli””, “”as””, “”nəhəng””, “”kapitan””…sıralandıqca sırası bitməyən bütün sahənin “”qəhrəmanları”” fikir yürütməyə başladılar. Bu bəlkə də Nəslihan və Aytacların qətli üçün etiraza gecikənlərin özlərinin hərəkətsizliyinə üsyanıdır.
Kimdir günahkar? İzzət hansı serialdan təsirlənib? Hansı kitabın “”qəhrəmanı”” olmaq istəyib?
Bizə sevgi ilə nifrətin bir bulaqdan axan iki çeşmə olduiğunu öyrədib, təlqin edirdilər. Kimlərmi?-Yaşadığımız dövr, cəmiyyət və kitablar. Yanlışmıydı? Məcnunu səhraya, Fərhadı dağlara, Kərəmi odlara salan sevgi!
Qarşılıqsız sevgi nəylə qazanılır? Nifrətlə deyil, sevgi sevgi və mərhəmətlə qazanılar. Sevginin astarı mərhəmət, yaxın çeşməsi mərhəmət, fədaisi, fədası yenə mərhəmət olmalıdır!!!
Bu sevgi, “”yox”” cavabından doğan qeyzlənmək idi. Göstəriş idi. Məni kimsə “”rədd edə bilməz”” -özünəaşiqliyiydi. Lider olmaq istəyirdi. Bizim gəncliyin gördüklərindən aldığı dərsdir. Nə gözləyirdiniz ki?! Birinci ol, lider ol, öz mənim, sadəcə mən, mən, mən… Ətrafına topladığı belə sadəcə bu “”mən””i ortaya çıxartmaq üçün alət olan təlqinedici təbliğimizin ana xətti bu deyilmi? İzzət kimiləri də bu dairədə çəpərlənib “”şeytan çərxi”” təkərində firlandırılır.
Misala da gərək görmürəm. Özündən müştəbeh, “”əvəz olunmayacağını”” elan edib, hər sürtülmüş kürsüsünü dəyişəndə üzü qızarmayan eyni simaların “”eyninin bir də yenisi var”” tərəfini düşünməyənləri en qədər. Onların sayı “”en”” qədər olduqca, qədərsizlərin sayı da analoji artacaq…
İzzət öldürdü. Bu, cəmiyyətin İzztəti nəfsini aşa bilməyəninin elə o cəmiyyətə mesajıdır. İctimai qınaq xəcalətdən susmalıykən danışır bu gün. Yersiz danışıq, yersiz söz…
İzzət sevdiyi üçün öldürmədi. O cəmiyyətin tərbiyəsindən çıxış edib, dairəsinin “”qəhrəmanı”” olmaq üçün sonunu düşünmədən “”qəhrəmanlığa”” imza atacaqdı, öz aləmində. Bir qız mənə “”yox”” deyə bilməz.
Bizim cəmiyyətin bizə verdiyi dərsdən onun aldığı bu.
Ölən günahkardır! Öldürən günahkardır! İntihar edən günahkardır! Sadəcə biriləri günahkar deyil. Ölümlərə, intiharlara təhrik edənlər…
Sevginin “”qisas”” əmsalı olmamalıdır. Sevginin nifrət deyilən hissi belə yanında mərhəmət daşımalıdır. Mərhəməti- sədəqə verməklə, mərhəmət ummağı- dilənməklə assosiasiya etmək yanlışından doğan lövhə qarşınızdadır.
Öldürülən zaman ilk ağıla gələn budur? Görəsən nə edibmiş ki??? Efirdə, ekranda sözün çılpağının (guya doğrusu) əyinin çılpağı ilə əlaqəsizliyini ayrıd edə bilməyənlərin güzgüsündən baxan cəmiyyətin izzəti də bu qədər olur.
Tünzalə Vəliqızı
Moskva
“