Avro-2012 Futbol çempionatı bu gün startda
Bu gün futbol uzrə növbəti Avropa Çempionatı start götürür. Çempionatın ilk günündə A qrupunun iştirakçıları yaşıl meydana çıxacaqlar. AVRO-2012-ilk matçı Polşanın Varşava şəhərində Polşa milli yığması ilı Yunanıstan millis komandası arasında keçirilecek. Doğma divarlar arasinda keçirilən oyunda Polşa millisi azərkeş baxımından korluq çəkməyəcək və ilk oyunda qələbə qazanmaq həvəsində olacaq. Elə buna görə də bukmeker konturları bu qarşılaşmada Polşa millisini favorit hesab edirlər.
Günün ikinci qarşılaşması Polşanın Vroclav şəhərində Rusiya milli yığması ilə Çexiya milli yığması arasında olacaq. Rusiya yıgması FİFA-ın reytinq cədvəlində rəqibindən yerleşdiyi üçün bu oyunun favoroti məhz Rusiya yığmasıdır. Bukmeker kontorlarının ekspertləri də bu oyunda Rusiyanın qələbə qazanacağını düşünürlər. Polşa mətbuatı bu oyunu canlı izləyənlər arasında Rusiyanın prezidenti Vladimir Putin və baş naziri Dmitriy Medvedyev in də olacağı gözlənildiyini xəbər versə də UEFA bu məlumatı təsdiqləməyib.
Gəlin A qrupunun komandaları haqda maraqlı məlumatlara diqqət yetirək.
YUNANİSTAN.
Yunanıstan millisi Avro-2004-ün qalibi olub. Həmən vaxt Yunanıstanı heç kim bu cür güclü təsəvvür etmirdi. Lakim Yunanıstan millisi öz gücünü bütün Avropaya göstərdi və “futbolda zəif komanda yoxdur” məsəlinin dogru fikir oldugunu bir daha isbatladı. Yunanıstan millisi tarixində Rusiya və keçmiş SSSR-i yığması ilə çox qarşılaşib və bu oyunların çoxunda meğlub olub. Bunlara misal olaraq Avro-1996- ın tesnifat merhelesindeki oyunlardakı meğlubiyyetləri (0:3 və 2:1), Avro-2004-də qrup mərhələsindəki məğlubiyyəti(1:2), Avro-2008- in qrup mərhələsindəki məğlubiyyətini(0:1) misal göstərmək olar. Komandanın əsas liderləri siyahısında Samarası, Kiriokusu,Karakunisi göstərmək olar.
POLŞA
Polşa millisinin Avropada ən böyük uğuru AVRO-2008-in qrup mərhələsində iştirak etməsidir. Polşa yığmasının oyunçulari Avropanın müxtəlif çempionatlarında, ən çoxu Almaniya çempionatında iştirak edirlər. Bu da Polşa millisinin heç də zəif olmamasını göstərir. Komandanın liderlərindən qapıçı Voyçex Şçesnını , Adrian Mejevyskini, Robert Levandovskini göstərmək olar. Levandovskinin ailə uzvləri de peşəkar idmançıdirlar. Atası cüdo üzrə Polşa çempionu, anası və bacısı voleybolçu, sevgilisi isə karate üzrə Dunya kubokunun qızıl mükafatçısıdır. Levandovski haqda danışnda bir şeyi də qeyd etmək yerinə düşər. O, 2008- ci ildə UEFA oyunları zamanı “Lex” klubunun tərkibində Bakida “Xəzər-Lənkəran”ın qapısına qol vurmağı bacarıb.
RUSİYA
Rusiya yığmasının müstəqilliyi dövründəki Avropada ən böyük uğuru AVRO-2008 -in bürünc medallara sahib çıxmasıdır. Bundan əlavə keçmiş SSSR-i yığması da Avropada bir neçə ugura imza atib. AVRO-1996-da Rusiya millisi Çexiya millisi ilə üz-üzə gəlib və oyun böyukhesablı beraberliklə(3:3) sona yetib. Rusiya yığması qrupdakı reqibləri arasında ən çox Yunanıstan millisi ilə qarşılaşıb və bu barədə yuxarıda qeyd etmişik. SSSR-i dövründəki Yunanıstanla qarşılaşmada AVRO-1968-in oyunlarını qeyd etmək yerinə düşərdi. SSSR-in 4:0 və 1:0 nəticəsilə sona yetən oyunlarda Azərbaycanın futbol kralı Anatoliy Banişevskiy dubl etmişdir. Müasir Rusiya millisinin heyeti demək olar ki, AVRO-2008-də iştirak edən bürünclü futbolçulardan ibarətdir. Rusiya yığmasinin liderlərindən Andrey Arşavini,Aleksandr Kerjakovu, Marat İznaylovu, Pavel Poqrenyakı, Roman Şirikovu və Alan Zaqoevi göstərmək olar. Roman Şirikov sərgilədiyi gözəl oyununa görə bu il Avropada ən yaxşı oyunçu adına namizədlərlərdən biri ola bilər. Rusiya yıgmasından danışdıqda Azərbaycan millisində oynamaqdan inkar etmiş və Rusiya millisini qəbul etmiş həmyerlimiz Aleksandr Səmədovun AVRO-2012-də iştirak etməməsi bizi sevindirə bilməz.
ÇEXİYA
Çexiya millisinin Avropadakı ən yüksək nailiyyəti AVRO-1996 -da gümüş medallarin qazanılmasıdır. AVRO-2004-də Çexiya millisi bürünc medalları qazanaraq mükafatçılar sırasına düşməyi bacaeıb. Hal-hazırda Çexiya millisinin liderleri sırasında “Çelsi”nin qapıçısı Peter Çexi, “Qalatasaray”in hücümçüsü Milan Baroşu, Tomas Neçidi, Tomas Rasiçkini göstərmək olar.”Qapıçı komandanın yarısıdır” deyimini nəzərə alsaq, Petr Çexin qorudugu qapıdan top keçirmək rəqib hücümçülar üçün çox çətin olacaq.
A qrupundakı klublardan hər hansının favorit olduğunu demək çətindir. 4 klubdan hər biri möcüzə göstərə bilər və qrupda liderliye yiyələnə bilər. Hər bir komandanın tərkibində bunu bacaran futbolçular var və indidən bu qrup barədə rəy bildirmək çox çətindir.
Ramin Kazımov
/Yenises.ru/