Tibdə görünməyən hadisə


Uşaqlığı cərrahiyə yolu ilə götürülən qadin uşağa qalıb.
Ana bətni (uşaqlığı) 3 il əvvəl doğan zaman götürülən Kader Abranın hamilələyi həkimləri çaşdırıb.
Bir müddət əvvəl mədə bulantısı, halsızlıq şikayətiyləriylə Uşak xəstəxanasına gətirilən Kader Abrada risqli bir xəstəliyin baş qaldırmasından şübhələnən həkimlər ondan müxtəlif analizlər götürüblər. Qarnının içində qanama baş verməsindən sonra onu Ankaraya gətirbilər. Zəkayi Tahir Burak Qadın Sağlamlığı elmi araşdırma xəstəxanasında edilən müayinədən sonra Abranin hamilə olduğu bildirilib.

Həkim Hüseyn Yeşilyurt və Şəbnəm Özyer tərəfindən təcili əməliyyat olunan Abranın 14 həftə 5 günlük hamiləliyi dayandırılıb.

Həkim Yeşilyurt “Xəstəmizdəki çöl hamiləliklər arasında 40 mindən bir adamda rast gəlinən bir hamiləlik olduğunu ”-deyib.

Abranın 3 il əvvəl doğuş zamanı uşaqlığı alındığını bildirən Yeşilyurt, dölun qarnın içində, bağırsaqlar arasında, bağırsaqları örtən pərdədə və uşaqlıq yolu ağzı üst boşluğun üzərində yerləşdiyini anladıb.

Ana bətni (uşaqlığı) alınan bir xəstənin hamilə olması 30 illik təcrübəsində təsadüf etmədiyi bir hadisə olduğunu vurğulayan Yeşilyurt, bununla bağlı elmi araşdırmalarının davam etdiyini, bunun ilk belə bir hadisə ola biləcəyini dilə gətirib.

Allahın möcüzəsi qarşısında tibb də mat qalır.

/Yenises.ru/


Bir cavab yazın