Avropalı diplomatların Rusiyadan göndərilməsi qərarı məcburiyyətdən doğandır
Rusiya üç Avropa ölkəsinin diplomatını geri göndərdi. Həmin ölkələr də cavab tədbirinin adekvat olacağını bildiriblər.
İcazəsiz mitinqdə iştirak edən avropalı diplomatların Rusiyadan göndərilməsimə qərar verməyə məcburduq-deyə RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Təəssüf ki, bizi belə bir qərar verməyə məcbur etdilər, – icazəsiz mitinqdə iştirak edən üç Avropa Birliyi ölkəsinin diplomatlarının ölkədən çıxarılmasına”-deyə o, “Rossiya 1” telekanalının efirindən bildirib.
Bloger Aleksey Navalnıya dəstək üçün icazəsiz aksiyalar yanvarın 23 və 31-də Moskva və digər böyük şəhərlərdə keçirilib. Həmçinin fevralın 2-də məhkəmənin qərarı ilə blogerin şərti cəzası real həbs ilə dəyşdirildikdən sonra da tərəfdarları buna etirza olaraq icazəsiz aksiyaları davam etdiriblər
Hüquq- mühafizə orqanları qanunsuz aksiyalarda iştirak edənlərin və təşkilatçıların cavabdehlik daşıyacaqları haqda xəbərdarlıq etmişdi. Aksiyalar zamanı saxlanılanlar olub və onların haqlarında cinayət və inzibati iş açılıb.
Sonra, fevralın 5-də RF XİN ölkənin ərazisində etiraz aksiyalarında iştirak edən Almaniya, İsveç və Polşa səfirliyinin diplomatlarını non -qrata elan edib. Diplomatik nümayəndəliyin əməkdaşlarınn belə hərəkəti onların diplomatik statusuna ziddir və qəbuledilməzdir-deyə Rusiyanın aidiyyatı qurumundan bildirilib. Onlara yaxın günlərdə RF ərazisini tərk etmək tələbi göndərilib.
Avropa Birliyin xarici siaysət xidmətinin nümayəndəsi Peter Stano Moskvanı qərarına bir daha baxmağa çağırıb.
İsveç XİN-dən bildirilib ki, Moskvanın bu addımı əsassızdır və onların da cavab vermək haqqı var.
Varşava da cavab təbdiri haqqında düşünür-deyə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev xəbər verib.
Yenises.ru