Koronavirus peyvəndi “yeni növlü dünya müharibəsi” təhlükəsi yaradıb
Makron COVİD -19 peyvəndinin “yeni növlü dünya müharibəsinə” yol açdığını deyib
Fransanın prezidenti Emmanuel Makron Avropa İttifaqının virtual saamitinin birinci gününün yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bəyan edib ki, Avropa peyvəndlə bağlı Rusiya Və Çinin hərəkətinə görə yeni bir dünya müharibəsi ilə qarşılaşıb. Bu barədə Le Figaro məlumat verib.
“Biz Rusiya və Çinin peyvənd üzərindən təsir etməsi ilə əlaqədar yeni bir dünya müharibəsi ilə qarşılaşmışıq”-deyə o, qeyd edib.
Bundan başqa Makron onu da vurğulayıb ki, Avropa koronavirus infeksiyasına qarşı peyvəndin istehsalında çox müstəqil olmalıdır.
“Biz peyvənd istehsal etmək üçün bütün imkanlara sahibik. Atrıq ikinci nəsil potensial peyvənd istehsalı prosesindəyik” –deyə o əlavə edib.
Fransa ölkə başçısının sözlərinə görə Avropada peyvəndləşdirmənin həqiqi strategiyası mövcuddur. Bundan əlavə AB-də bu ilin iknici yarısında istehsalın yeni mərhələsinə çıxmaq və il ərzində 2-3 milyarda yaxın preparat dozası üçün kompleksli şəkildə sənaye siyasəti hazrlanıb.
Bir müddə əvvəl Makron məlumat vermişdi ki, Avropa bu ilin yanyına kimi yeni növlü koronavirus peyvəndinin nəhəng istehsalçısı olmağı planlaşdırır.
Yenises.ru