Rusiya DIN-dən MDB ölkələrinə ultimatum
Qanunsuz miqrantlarını geri götürsünlər
RF Daxili İşlər Nazirliyi MDB ölkələrindən iyinun 15-nə kimi qeyri-leqal miqrantlarını geriyə götürməsini tələb edib. Bu haqda RİA Novosti DİN birinci müavini Aleksandr Qorovoyun bəyanatına əsasən məlumat verib.
Nazir müavininin sözlərinə görə Rusiya ərazisində 1 milyondan artıq qeyri-leqal miqrant var. Qurumun məlumatında deyilir ki, belə miqrantların çoxu Özbəkistandan olanlardır. Onların sayı 332 min nəfərdir. Sonra Tacikistan, Ukrayna, Azərbaycan və Qırğızıstan gəlir.
Daxili İşlər Nazirliyindən xatırladıblar ki, koronavirus pandemiyasından dolayı öklədən çıxarılmanın uzadılması tədbiri iyunun 15-nə kimi davam edir. Bu müvəqqəti tədbirin zamanı bitənə qədər miqrantlar özləri Rusiyanı tərk edə bilərlər. Lakin iyunun 15-dən sonra kölgədə qalan miqrantlar üzə çıxmasalar onlara qarşı qanuni ölçü götürüləcək.
Yenises.ru