Baxıcılıqdan zahidliyə, oradan ağ-bəyaz pərdəyə Kim(i) Ki Duk
Təzadlı düşüncələri və fərqli personajları ilə kinomotoqrafiyada iz qoyub gedən Kim Ki Dukun bu gün döğum günüdür. Yaşadığı 59 illik ömrə qısa ekskurs etdim və … “Zorakılıq mühüm həyat mənbəyidir ” -deyə dəyərləndirən, “Həyat insan üçün qəfəsdir, oradan yalnız ölüm xilas edir” düşüncəsiylə “ölümün əslində yenidən doğulma olduğunu” təsdiqləyən, “ordunu -insanların məşəqqətlərini hazırlayan” qurum kimi görən, “kino çəkmək üçün institut oxumaq vacib deyil “-deyə anladan, “həyatı əyri yol, körpü sayaraq bu yollardan keçən hamının seçim haqqının eyniliyinə” inandıran qəribə rejissor.
Beynəlxalq miqyasda tanınan Cənubi Koreyalı kinorejissor və ssenarist olan Kim Ki Dukun bu gün anadan olduğu gündür. Təzadlı həyat fəlsəfəsi olan və kinomatoqrafiyaya yeni özünəməxsus nəfəs gətirən Kim Ki Duk əslində incəsənətin bu əsrarəngiz dünyasına gec qatılıb. 36 yaşında kinoya ilk addımı atan dünyaca tanınmış rejissor bəzi mənbələr görə 21, bəzilərinə görə isə 22, 23 ssenariyə həyat verib. Ki rejissorun çəkdiyi filmlərin ssenarisinin çoxu da özünün qələmindən çıxıb.
Koronavirusun 2020-ci ilin dekbarında (11-də) 60 yaşına 9 gün qalmş həyatını yarıda buraxan rejissor Kim Ki Duk Cənubi Koreyanın Ponxva əyalətinin Sobenni kəndində dünyaya gəlib. 9 yaşında ailəsi Seula köçür və Kim Kİ-ni kənd təsərrüfatı məktəbinə yazdırırlar. O, 16 yaşında məktəbu yarıda qoyub zavoda işə düzəlir. 20-25 yaşarası dəniz piyadasında xidmət edir. Sonra Namsanda əlillər evində baxıcılıqla məşğul olan Kim Ki burada özünü tapdığını deyir. “Ruhani olmaq yolunu tutacam”.
30 yaşına kimi yaşamını çəkdiyi rəsmləri satmaqla qazanan Kim Kini bu peşənin dalınca getmək yolundan sapdırır. Bir az pul toplayıb Fransanın paytaxtı Parisə gəlir. 1990-cı ildə həyatında yeni bir səhifə açılacağından hələ xəbərsizdi. Burada çəkdiyi işləri satmaqla yanaşı, Paris onu kino ilə tanışdırır. Conatan Cemmin «Quzuların səsizliyi» filmini görür və…
Dünya onu bir çox festivallara çıxarılan və mükafat alan filmlərindən tanıdı. “Pieta” və “Boş ev” filmlərinə görə Venesiya kinofestivalının “Qızıl Aslan” mükafatı da olmaqla “Ariranq” filminə görə Kann kinofestivalının, “Samariyalı qadın” lentinə görə Berlin kinofestivalının laureatı olur. “Bahar, yay, payız, qış və yenə bahar”, “Gərilmiş yay”, “Zaman”, “Nəfəs” və s.
İlk yaradıcılığa 36 yaşında başlayıb. Daha dəqiq desək kino aləminə müəllifi və rejissoru olduğu “Timsah” filmi ilə qədəm qoyur. Lakin ilk beynəlxalq uğuru ona 2003-cü ildə çəkdiyi doqquzuncu filmi olan “Bahar, yay, payız, qış və yenə bahar” gətirib.
Lakin 2011-ci ildə rejissor kinomotoqrafiyanı atıb zahid kimi dağlara çəkilr. Bununla bərabər baş qəhrəmanı özü olduğu filmi çəkir. Özünün ruhi axtarışının nəticəsi olaraq “Arirang” filmi beıə doğulub.
“Həyat əyri bir xətt, körpü kimidir. Bu, mənim “Ariranq” və eləcə digər filmlərimə də aiddir. Onların qəhrəmanları da kədərli və tənhadırlar. Onlar da bu körpünün üstündən keçirlər. Filmlərimdə yaxşı və ya pis obrazlar yoxdur. Onlar azad seçim etmk üçün eyni vəziyyətdə eyni dalğadadırlar”-deyib tabınmış rejissor.
Həyatın gerçəkləri onun filmlərindəki personajları müsbət xüsusiyyətləri ilə seçilənlərdən olmayan, bunun əksinə mənfiləri “qəhrəmanı” etməklə onlardan dərs almağa istiqamətləndirməsidir rejissoru həmkarlarından ayıran. Onun filmləri daha çox fəlsəfi ağırlıqlıdır.
“Mənim personajların sanki qəfəsdə yaşayırlar. Elə həyat bir qəfəsdir və oradan ancaq ölüm çıxarır”.
“Zorakılıq mühüm enerji mənbəyidir. Nə danışdığımı bilirəm, çünki çox döyülmüşəm. Hamı məni döydü: atam, küçədəki uşaqlar, polislər döydülər, donanmada döydülər. Başa düşdüm ki, zorakılıq qarşılıqlı təsirdir, nəticədə yeni bir şey yaranır “- əminliklə söyləyib Kim Ki Duk. “Sahil mühafizəçisi”- filmi haqqında fikirlərini paylaşanda söyləyib və -“ Mən kino çəkəndə, orduda çox şeylərin yaxşı olmadığını, çoxlu səhvlərin olduğunu anladım. Nədir ordu? Sağlam düşüncədən məhrum olmuş əmrlər, mövcud olmayan düşməni məhv etmək, kütləvi dəlilik və nəticədə isə yaxşı insanların məşəqqətləridir”-deyib.
“Məndən soruşurlar ki, mənəvi çəhətdən “təmizmı-əxlaqlımı” insanam. Mən adətən yox deyirəm. Mən mükəmməl deyiləm. Amma mən Koreya cəmiyyətinin qaranlıq və acınacaqlı tərəflərini göstərməkdən çəkinməyən adamam. Bu mənim mənəvi narahatlığımdır. Əvvəlki layihələrimdən daha təmiz filmlər çəkə bilərdim, amma qorxuram ki, məni “normal” bir şey etməkdə ittiham edə bilərlər. Eyni zamanda, mübahisəli mövzulara sadiq qaldığıma görə gələcəkdə populyar film çəkmək üçün kreativ düşüncəmin olmayacağından qorxuram”.
“Mən düşünürəm ki, kino çəkmək üçün institutda oxumaq vacib deyil. Yaxşı kinonun üç əsas komponenti var- zaman, məkan və insanlar. Zaman-insanların yaşadığı hadisələrdir. Məkan bu hadisələrin baş verdiyi yerdir. İnsanlar-biz öz obrazımız, taleyimizdir”.
Kim Ki Duk filmlərində faciənin çox olduğnu da söyləyib və onu belə əsalandırıb.
“Filmlərimdə faciələr çoxdur. Əzab çəkirlər, ölürlər, bədbəxtliklə üzləşirlər, amma mənim filmlərimdəki qəhrəman ölürsə, bu o demək deyil ki, o, tamamilə ölüb. Demək ki, o, başqa bir həyatda yenidən doğuldu”-deyə Kim etiraf edib.
Tünzalə Vəliqızı