Abbas Abbasovun həbs olması xəbəri… Eksklüziv
Gerçəkdir, yoxsa ehtimal… Eldar Həsənovun tutulması xəbərindən sonra gündəmə bir də Abbas Abbasovun həbsi xəbəri düşdü.
Bəzi Azərbaycan mediya qurumlarına istinadən xəbər ağızdan-ağıza gəzərək hər kəsin diqqətini çəkdi.
Moskvada yaşadığımı nəzərə alaraq dünyanın bir çox ölkələrindən mənə zəng edərək bu xəbərin doğru və ya yanlış olması barədə bir məlumatın olub-olmadığını soruşdular.
Abbas Abbasovun yaxınlarının verdiyi açıqlamaya görə onun həbs olması xəbəri təxribat xarakteri daşıyır.
“Abbas Abbasov həbs olunmayıb. Bu tipli xəbərlər vaxtaşırı mətbuatda ( “bilərəkdən və ya bilməyərəkdənmi”” onu da yayanlar bilir) yayılır və növbəti feykdir”.
Saytımıza açıqlamasında Abbas Abbasovun yaxını belə söylədi.
Xatırladaq ki, bəzi saytlarda yer alan xəbər sonradan qaldırılıb.
Tünzalə Vəliqızı,
YENİSES.RU
“