ABŞ RUSİYAYA QARŞI SANKSİYALARI QALDİRA BİLƏR, AMMA…
Nuland: Ukraynada hərbi əməliyyatlar dayandırılarsa, Rusiyaya qarşı sanksiyalar aradan qaldırılacaq
“Rusiya bu müharibəyə son qoysa və Ukraynanın bərpasına kömək etsə, sülhü bərqərar etsə və bu ölkənin suverenliyini və ərazi bütövlüyünü tanısa, sanksiyalar dayandırılacaq”, – TASS onun sözlərindən sitat gətirib.
Eyni zamanda, Amerika Xarici İşlər Nazirliyinin rəhbərinin müavini belə bir fikir bildirib ki, hazırda Rusiya hökuməti “Ukraynanın mövcud olmaq hüququnu inkar edir”.
Martın 2-də ABŞ dövlət katibi Entoni Blinken təsdiqləyib ki, Vaşinqton Rusiya qoşunlarının Ukraynadan çıxarılması halında danışıqlara başlamağa razıdır. Blinken həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar vəziyyətin sülh yolu ilə nizamlanması üçün Ukrayna hakimiyyətinin istənilən səyini dəstəkləyəcək.
Yenises.ru