ABŞ konqresmeni NATO-nun Rusiyanı üç günə məğlub edəcəyini bildirib


ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzingerin fikrincə, Şimali Atlantika Alyansı üç gün ərzində Rusiyanı məğlub edə bilər.

“Ümid edirəm ki, bu zarafatdır. NATO-nun Rusiyaya qarşı müharibəsi əsl üç günlük əməliyyata bənzəyəcək”, o, Twitter-də alyansın niyə Rusiyanı hələ də açıq qarşıdurmada məğlub etməməsi ilə bağlı sosial şəbəkə izləyicisinin sualına cavab olaraq yazıb.

Amerikanın “Newsweek” jurnalında qeyd edildiyi kimi, parlamentari Rusiya Ukraynadakı xüsusi əməliyyatı başladığı günüdən Kiyevə fəal dəstək verib.

Qərb siyasətçiləri dəfələrlə bəyan ediblər ki, Ukraynaya silah tədarükü NATO ölkələrinin təhlükəsizliyini təhlükə altına qoyur. Beləliklə, Kiyevi silahlandıran bir çox dövlətlər artilleriya sursatlarının çatışmazlığı ilə üzləşib.


Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynanı silahlandırmaq üçün olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.


Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində bildirib ki, Ukraynaya Qərbdən silah göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.


Bir cavab yazın