ABŞ Rusiya hakerlərinə görə mükafat elan edib
Amerika haker cinayəti törətdikləri üçün Rusiya vətəndaşları olan Roman Zolotaryev və Konstantin Lopatin haqqında axtarışa elan edib. Bu haqda ABŞ dövlət deparatementi məlumat yayıb.
Onlaeın tutulmasına yardım edənə Amerika höküməti 3 milyon dollar dəyərində mükafat ayırıb.
R.Zolotaryevin yerini söyləyənə 2 milyon, Lopatininə görə isə 1 milyon dollar mükafat veriləcək.
Dövlət departamentinin məlumatına əsasən Zolotaryev və Lopatin yaratdıqlaır Carder.su saytı vasitəsilə 50 milyon məbləğində vəsait mənimsəyiblər. Buna oğurluq, saxta sənəd, kredit kartları satmaq kimi fırıldaqçı əməllər daxildir.
“Carder.su 50 milyon dollar ziyana görə cavab verməlidir. Hazırda bu işlə bağlı 30 nəfər fiziki şəxs ittiham edilib, 25 nəfəri məhkəmə gözləyir, Zolotaryev və Lopatin isə qaçıb””-deyə məlumatda bildirilir.
/Yenises.ru/“