Abxaziya qarışdı, etirazçılar DİN-nin binasına “Molotov”” kokteyli atdılar”
Suxumide etirazçılar Daxili işlər nazirliyinin binasının girişinə “Molotov”” kokteyli atıblar. Bu haqda Sputnik Abxaziya agentliyi məlumat verib.
“” DİN əməkdaşları yanğının başladığı yeri söndürüblər””-deyə agetlik qeyd edib. Aksya iştirakçıları binanın əsas girişinə daxil olaraq “”””Çıx! Çıx!”” -deyə təkrarlayaraq Leonid Dzapşanı çağırırlar.
“”Milis və digər güc strukturları situasiyanı nəzarətdə saxlamaq istəsələr də, adamlar getdikcə artır””-deyə məlumatda deyilir.
Bu gün Abxaziya müxalifəti ölkə prezidentindən Dzapşanın istefasını tələb edərək, binanı hücumla ələ keçirmək istəyiblər. Müxalifət ölkədə kriminal vəziyyətin pisləşməsi və DİN əməkdaşlaırnın referendumda azad iradəyə mane olduqları üçün nazirin istefasını israrla tələb edirlər . Onlar həmçinin payızda erkən prezidet seçkiləri ilə bağlı referendumunun keçirilməsi vaxtının da dəyişilməsini istəyirlər.
Abxaziya prezidenti Raul Xacimanın iştirakı ilə müxailfət nümayəndələrinin DİN binasındadkı görüşü 4 ssatdan artıqdır ki, davam edir. Görüşdə müxalifətin Dzapşanın istefası tələbi müzakirə olunur. İnsanların qarşısını saxlamaq üçün DİN-nin binasına xüsusi təyinatlılardan ibarət əlavə qüvvələr gətirilib.
Bundan əvvəl Abxaziya müdafiə naziri Mirab Kişmariya mitinq iştirakçılarına bildirmişdi ki, Dzapşa istefaya getməyə hazırdır, lakin qərari ölkə prezident qəbul edəcək.
Xacima 2016-cı il 10 iyulda referendum keçirilməsi ilə əlaqədar fərman imzalayıb. Abxaziya vətəndaşlarını “”erkən Abxaziya respublikası rezidenti seçkilərinin keçirilməsinin zəruri hesab edirsinizmi? “” sualına cavab verməlidirlər.
/Yenises.ru/
“