AFAQ ŞIXLI– BU AD


Bir sual cavabsız qalacaq daha,
Cəsarət etmədim soruşmağa mən:
“Əgər düşməsəydim kökdən qırağa,
Ana, nə qoyardın adımı görən?

Bu adın kədəri özündən qədim…
Bu adla vətənim qürbətə döndü…
Bu adla yerimi tapa bilmədim,
Qarşımda bitməyən yollar göründü…

Dəniz eşqim varkən, sahili gülşən,
Özüm ayrılıqlar dənizi oldum.
Kəniz adı oldu bəxtimə düşən,
Mən də həsrətimin kənizi oldum”.

…Sonsuz arzulardı əldən gedənim,
Könlüm nə istədi… Fələk nə saydı.
Adım nə olardı görəsən mənim
Anam əllərimi buraxmasaydı?..

19.12.20.

Moskva

Yenises.ru


Bir cavab yazın