AFAQ XANIMA HÜZNLƏ
Moskvada yaşayan tanınmış şairə, həkim, Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi çox sevdiyim Afaq Şıxlının
MIRVARI XANIMIN
vətaf etməsi xəbərini yenicə eşitdim. “Qara xəbər tez duyulur””- deyirlər. Müəyyən yaşdan sonra ürək səksəkədə, göz intizarda hər zaman qapını döyəcək acı xəbərlərə hazır olduğunu desən də, razılaşmırsan. Və əgər o ANADIRSA… Və o xəbər sənə bacı olan Afaq xanımın adı kimi saf, dərin mədəniyyətindən, abırından doğan mütəvazi körkəmli, ilk tanışlıqdan özünü sevdirən ANAsının acı xəbəridirsə…
Üzüntümü sözlə ifadə edə biləcək durumda deyiləm. Əsrin ən təhlükəli bəlası ilə qarşı-qarşıya qaldığımız, bir-birimizdən aralı düşdüyümüz qürbəti bizə daha uzaq, daha həsrətli, intizarlı edən bir vaxtda “o taydan” alınan sarsıdıcı ölüm xəbərinin insanda hansı hissi doğuracağının ifadə dilini bilən varsa, söyləsin. Sadəcə qəlb parçalanar, ürək boğazda dayanar, nəfəsin kəsilər, gözündə yaş selə dönər…
Afaq xanım, əziz bacım, rəfiqəm, sirdaşım, bu gün Mirvari anamızın nəvəsi Nilufərin (Nilufər Şıxlı) doğum gününü təbrik etməyə hazırlaşırdım. Ona 1 Aprelin daha bir yöndən qarşıladığımız “”yanıltma günü “” ilə bağlı duzlu-məzəli təbrik yazmaq istəyim varkən…
Mirvari ananın ölüm xəbərini keşkə “”yanıltma gününün”” ən kobud zarafatı olaydı-deyə dəfələrlə əlimə qələm alıb “İnanmıram!”-nidasıyla yazmaq istəyim vardı…
“Anam üçün darıxanda gecələr qalxıb ona şeir yazır, doymadığım anama həsrətimi sanki bununla ört-basdır edirdim” – deyirdiniz.
Siz üzündən Azərbaycan qadınının həlimliyi, sevgisi, isməti, təmkini tökülən, dənizlərin ən dərinliklərdə gizlənən, ən dəyərli ləlimiz olan MİRVARİ kimi büllur bir ANA itirmisiniz!
Öz adımdan və Moskvada sizi sevən dostlar adından Ananız Mirvari xanımın dünyasını dəyişməsindən kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk!
ALLAH RƏHMƏT ELƏSİN!
Tünzalə Vəliqızı və Moskva ziyalıları adından
Məmməd İsmayıl, Ramiz Abutalıbov, Çingiz Hüseynov, Cəfərsadıq Abbasov, Nəsib Nəbioğlu, Azər Cahangirov, Şirvan Kərimov, Vasif Məmmədov, Maya Bədəlbəyli, Xalidə Səmədova, Validə Məmmədova, Mehriban Həsənova, Sultan Mərzili, Əşrəf Hüseynli, Əliş Əvəz, Nazim Qurbanov, Namiq Əzimov, Abuzər Bağırov, Yaşar Süleymanlı, İlham Bədəlbəyli, Mənzər Rüstəmova, Kamran Rüstəmov, Mahir Ələsgərov, Lətif Alnazarov, İlhamə Bayramova, İlhamə Qurbanova, Qüdrət Qurbanov, Qorxmaz Axundov, Müşfiq Balayev, Telman Məcidov, Elşən İbrahimov, Fərid Əkbərov, Həşim Əliyev, Tahir Hacıyev, Əli Kazımov, Alşan Zakirov, Rafael Qəribov, Rafael Babayev, Mehparə Hümbətova, Elmira İsmayılova, Mehman Şükürov bə başqaları.
“