AİHM Navalnıya görə Rusiyaya cərimə kəsdi- 63,7 min avro


AİHM Navalnıya görə Rusiyaya cərimə kəsdi- 63,7 min avro
Avropa insan hüquqları məhkəməsinin rəsmi internet saytının yaydığı xəbərə görə, qurum müxalifət lideri Aleksey Navalninın Rusiyaya qarşı iddiasının lehinə qərar çıxardıb. Rusiya siyasətçiyə mitinqlərdə içtirak etdiyindən dolayı qeyri-qanuni həbs edilməsi üçün 63,7 min avro cərimə ödəməlidir. Məhkəmə siyasətçinin bir neçə hallarda həbsinin Rusiyada “siyasi plüralizmi əzmək”” məqsədi daşıdığını təsdiq edib.

“”Məhkəmə qərara gəldi ki, Rusiya iddiaçıya mənəvi zərər vurduğu üçün 50 min avro təzminat ödəməlidir. Eyni zamanda maddi zərərə görə 1025 avro və hüquqi xərclərin ödənilməsi üçün 12,653 avro ödəməsi vacibdir””.

Noyabrın 3-də AİHM qərarını elan etməsi üçün Strasburqa getməyə cəhd edən siyasətçini “”Kirovles”” işinə görə 2.1 milyon rubl ödəmədiyi bəhanə edib ölkədən çıxmasına qadağa qoyulmuşdu. Daha sonra borcunu ödədiyi üçün Aleksey Navalnının bütün məhdudiyyətləri qaldırıldı.

Yenises.ru


Bir cavab yazın