Ali Radanın qarşısındakı mitinqçilər Poroşenkodan impiçment istəyrlər
Ukrayna Ali Radasının qarşısındakı aksiya keçirənlər ölkə prezidenti Petr Poroşenkoya qarşı yeni tələb irəli sürüblər. Onlar parlamentdə impiçment haqqında qanuna baxılmasını tələb edirlər.
“Petr Alekseeviç Poroşenkoya ultimatum””- 5 gün ərzində , siz, cənab prezident, impiçment haqqında qanunu baxılmaq üçün parlamentə çıxarmalısınız- keçmişdə Donbasda hərbi əməliyyatlarda iştirak edənlər bu təşəbbüslə çıxış ediblər.
Onlar bəyan ediblər ki, “”bunun yalnız Poroşenkoya deyil, bütün Ukrayna xalqına dəxli var””. Bununla yanaşı mitinqçilər əsas olaraq nəyi nəzərdə tutduqlarını dəqiqləşdirməyiblər.
“”Donbass”” batalyonunda “”Katana”” kimi tanınan döyüşçü xatırladıb ki, etirazçılar prezidentdən parlamentin müzakirəsinə antikorrupsiya məhkəməsi qanun layihəsini çıxarmasını tələb ediblər.
Cümə günü Poroşenko bildirmişdi ki, Ali Radanın qarşısındakı etiraz aksiyası təşkil edənlərə “”qan lazımdır””, onlar öz hərəkətləri ilə ölkədəki stabilliyi pozmağa çalışırlar.
Mitinq oktyabrın 17-də təşkil olunub, onun təşkilatçısı Oddesa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilidir. Etiraz aksiyası iştirakçıları deputatlara tələblərini bildiriblər, Saakaşvili isə prezident Poroşenkonu istefaya səsləyib.
Yenises.ru“