Almaniya Bəşər Əsədin Haaqa məhkəməsinə verilməsini təklif edir
Almaniya höküməti Bəşər Əsədi cinayətkar adlandırmağa və Haaqa Beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarmağa çağırıb. Yenses.ru-nun Reuters İA istinadən verdiyi xəbərə görə belə bir bəyanatla Almaniya Federativ Respublikasının xarici işlər idarəsinin rəhbəri Qvido Vestervell çıxış edib.
Qvido Vestervell hesab edir ki, hadisələrin gedişatı üşün Suriya prezidentinin məhkəmə qarşısında durması ən optimal variantdır. Bununla yanaşı, nazir onu da vurğulayıb ki, Bəşər Əsəd hakimiyyətdən könülü əl çəkərsə bu ölkədə qan tökülməsini dayandırar, o zaman da onun məhkəməyə çıxarılmasına israr etmək gərəkməz.
Suriyada hökümət qüvvələri ilə müxalifət arasındakı qarşıdurma 2011-ci ilin mart ayından başlayıb. Müxalifət Bəşər Əsədi dinc əhalinin qanını tökməkdə günahlandırır və istefasını tələb edir.
Rəsmi Dəməşq isə təsdiq edir ki, demokratik şüar altında ölkədə “silahlı terrorçular bandası” fəaliyyət göstərir. BMT-nin 2012-ci ilin mart ayına kimi olan hesabatında münaqişədə 9 min adamın öldüyü göstərilir. Bundan o tərəfə BMT hesab aparmağı dayandırıb.
“Suriya insan haqqlaı rəsədxanası” hüqüq müdafiəçilərinin hesabına görə isə bu günə kimi 19 min insan həlak olub. Rusiya XİN isə bu mənbənin peşəkarlığına şübhə edir.
/Yenises.ru/