Almaniya “erməni genosidini”” tanıdı”


Almaniya "erməni genosidini" tanıdı
Xocalı soyqırımına susan dünya qondarma erməni genosidini asanlıqla tanıyır…

Almaniya Türkiyədə ermənilərin genosidə məruz qaldığını təsdiq etdən qətnaməni qəbul etdi. Qətnamə lehinə bundestaq deputatlarının əksəriyyəti səs verib. Bir deputat bu sənədin əlehinə olub. bir nəfər isə bitərəf qalıb. Bundestaqın cəmi 630 deputatı var.

Tarixçilərin verdiyi məlumata görə Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasının nəzarətində olan və sonradan Türkiyəyənin olan ərazilərdə yaşayan 1,5 milyon erməni öldürülüb.

Bu ərəfədə Türkiyənin baş naziri Binalı Yıldırım Almaniya erməni genosidini qəbul etdiyi təqdirdə iki ölkə arasındakı münsibətlərin bundan zərər görəcəyini deyib. Lakin qaçqınlarla bağlı Avropa Şurası ilə razılaşmaya hörmətsizlik məsələsi olmayacaq.

Yıldırım bundestaqdakı səsverməni mənasız bir şey adlandırıb. O, 1915-ci ildə Osmanlı imperiyası zamanı ermənilərin başına gələnləri, müharibə zamanı istənilən icmanın başına gələcək olay kimi qiymətləndirib.

Almaniyadakı Türkiyə cəmiyyətləri səsverməni pisləyərək küçələrə çıxıblar. Bir çox deputatlar səsvermədən əvvəl təhdid edildiklərini bildiriblər.

Ermənilərin türklər tərəfindən soyqırıma məruz qaldığı faktı Rusiya, Fransa, İsveçrə, Polşa kimi ölkələr, həmçinin Avroparlament və Ümumdünya kilsələr şurası tərəfindən tanınıb.

/Yenises.ru/


Bir cavab yazın