Almaniya rus konsulluğunun əməkaşını ölkəsinə qarşı cacusluqda günahlandırıb
Almaniya Rusiyanın Münhendəki konsulluğunda diplomatik pərdə altında işlədiyi iddia edilən casusu ölkədən çıxarıb və onu “arzuolunmaz şəxs” elan edib. Bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, akkreditə olunmuş diplomatın Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) əməkdaşı olduğu iddia edilir. Konsulluğun əməkdaşının rusiyalı akademiklə işləmək üçün agent kimi çıxış etdiyi bildirilir.
Adı açıqlanmayan diplomat həbs edilmişdi. Şübhəli şəxs Almaniyadakı universitetlərdən birinin təbiət elmləri fakültəsində işləyən rusiyalı İlnur N.-yə qarşı aparılan istintaq zamanı saxlanılıb.
Almaniya Federal Prokurorluğu İlnur N.-yə qarşı Rusiya Federasiyasının xeyrinə casusluq işi üzrə ittiham irəli sürüb.
Bundan əvvəl Danimarka təhlükəsizlik və xarici kəşfiyyat xidməti bildirib ki, Rusiya, Çin və İran kəşfiyyatı tərəfindən krallığa yönəlik təhlükə artmaqdadır.
Yenises.ru