Almaniyada türklər BMT və ATƏT-ə şikayət etdilər


Almaniyada türklər BMT və ATƏT-ə şikayət etdilər
Alman höküməti müsəlmanların adi terrorist olduqları haqqında plakatlar yaymağı qərara alıb. Bununla bağlı Alman türkləri Almaniya hökümətindən BMT və ATƏT-ə şikayət ediblər. Almaniyadakı türk cəmiyyəti AFR-nın daxili işlər nazirliyinin islamla mübarizəsinə etiraz olaraq BMT və ATƏT-in ofisləri qarşısında aksiya keçiribər. Türk cəmiyyəti bunu ayrıseçkilik hesab edərək Avropa təşkilatlarını mane olmağa çağırıb.

BMT və ATƏT-ə müraciətdə anladılır ki, plakatlar radikal müsəlmanlıqla mübarizəyə kömək deyil, əksinə mövcud düşüncəsinin möhkəmlənməsinə xidmət edir. Etiraz əlaməti olaraq 4 islam birliyi “Təhlükəsizlik xatirinə tərəfdaşlıq” təşəbbüsü çərçivəsində daxili işlər nazirliyi ilə əməkdaşlıqdan imtina edib.

Alman höküməti plakatlarla olan aksiyanı avqustun sonunda təqdim edib. Güman edilir ki, müsəlmanların çoxluq təşkil etdiyi şəhərlərdə islamın təhdidi xəbərdarlığı haqqında olan plakatlar asılacaq.

Palkatlarda “Axtarılır” başlığı ilə terrora meylli müsəlman şəkli verilib. Belə hallarda qohumlara və dostlara islam radikalizmi əleyhinə mərkəzə müraciət edilməsi təklif edilir.

/Yenises.ru/


Bir cavab yazın