Amerika Dövlət departamenti Azərbaycanı qınadı
Amerika Birləşmiş Ştatları xarici işlər nazirliyinin mətbuat rəhbəri Patrik Ventrell Macarıstandan həbsxanasında Bakıya ekstardisiya olumuş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun president İlham Əliyev tərəfindən əfv edilməsi xəbərindən narahat olduqlarını bəyan edib. Bu haqda ABŞ Dövlət departamentinin rəsmi saytında məlumat verilir.
“Biz əfv fərmanı ilə bağlı dərin narahatçılıq keçirir və Azərbaycandan bunun izahat istəyirik. Biz həmçinin Macarıstanın cənab Səfərovun Azərbaycana ekstardisiya etməsi qərarını da ətraflı araşdırmaq fikrindəyik”-deyə departamentin rəsmi saytında bildirilir.
Partik Ventrell Ramil Səfərovun azad edilməsi faktının regionda gərginlik yaradacağına da diqqət çəkərək buna vəsilə olan hərəkəti qınadığını bildirib.
Leyla
/Yenises.ru/