Amerika Suriya ilə diplomatik əlaqəni kəsir
ABŞ Suriya səfirliyi və iki konsulluğunu baglayır, diplomatlara isə sabaha kimi ölkəni tərk etmələri bildirilib.
Amerika höküməti Suriya diplomatik əlaqəni kəsməyə qərar verib.
ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Danilel Rubinşteyn ABŞ-ın Bəşər Əsəd tərəfindən təyin olunmuş diplomatlarla işləmək istəmədiyini bəyan edib. O, qeyd edib ki, Əsəd postunu tərk edərsə, Vaşinqton Dəməşqlə münasibətlərini yenidən bərpa edəcək.
“ABŞ Suriyada dəyişmək istəyən qüvvələrə yardım etməkyədavam edəcək”-deyə o əlavə edib.
/Yenises.ru/