Amerika və NATO ilə “İrəli”
Azərbaycanın bəzi jurnalistləri, siyasətçiləri Rusiyanın Kursk hadisələri ilə bağlı fikirlər bildirərək Rusiyanın Ukraynaya məğlub olacağı mujdəsini verirlər. Yanıldım, üzr istətirəm, Ukraynaya deyil, Amerikaya, NATO və Qərbə məğlub olacağını qeyd edirlər.Məni düşündürən isə odur ki, bəzi bu kimsələr Fələstində hər gün güllələnən, öldürülən günahsız körpələri qoyub Ukrayna xalqını düşünmələridir. Əslində isə onlara heç Ukrayna xalqı da maraqlı deyil, maraqlı olan Rusiyanın “məğlub olmasıdır”.
Mənə isə maraqlı olan odur ki, öydükləri, qürurla mədh etdikləri Amerika dəstəyi, NATO yardımları Ukrayna ilə yanaşı Ermənistana da olunur. NATO ölkələrinin, Fransanın, Amerika və Hindistanın “əziz qonşularimiza” göstərdikləri yardımlar heç kəsə sirr deyildir. Belə çıxır ki. Amerikanı, NATO qüvvələrini öyən və Rusiyanın bu güclər qarşısında Ukraynaya “məğlub olacağını” deyənlər eyni zamanda bu “qələbəni” Ermənistana da şamil edirlər? Amerikanın Kosovo da, Yuqaslaviyada, Əfqanıstanda, İraqda, Suriyada. Fələstində törətdikləri cinayətlərə göz yumub, önəm verməyənlər təbii ki, onların törətdikləri cinayətlərə də şərikdirlər. İkinci Dünya Müharibəsində öz əcdadlarını unudan bu kimi kimsələrdən bundan artıq nə gözləmək olar axı? İndi 21-ci əsrdə yaşayırıq, Amerika və onun müttəfiqləri olan dövlətlərdə “AZADLIQ” var. Orada QURANİ KƏRİM yandıranlara polislər dəstək verir, mane olanları isə cəzalandırırlar. Bundan böyük nə xoşbəxtlik ola bilər ki? Bu gün Rusiya NATO güclərinə “məğlub” olsa o zaman Ukraynada da avropada olduğu kimi “QURAN YANDIRMA” ənənələri keçiriləcəkdir. Rusiya “geri qalmış” dövlətdir, çünki Rusiyada “QURAN YANDIRMAQ” qadağan edilmişdir, hətda “demokratları” cinayətə də cəlb edirlər.
Hə, az qalmışdım ki, unudam. Qərb ölkələrində artıq “ata”, “ana” demək də qadağan edilmişdir. Axı orada “DEMOKRATİYA” var, birdən uşağın atası da kişi olar, anası da və o zaman digər uşaqların “DEMOKRATİK” dövlətdə öz anasına “ana” deməsi qeyri ənənəvi ailədə”DOĞULAN” uşaqların “çestinə” dəyər. Qərb “demokratiyasında” uşaqlara “ata-ana” demək qadağası “DEMOKRATİYANIN” ən bariz nümunəsidir. Qərbdəgündəmə gələn və müzakirə olunan qanunlardan biri də məhz “ata-ana” sözlərini “valideyn 1” və valideyn 2” sözləri ilə əvəz olunmasıdır. Normal ailələrin uşaqlarının “ata-ana” demək hüququndan onları məhrum etmək Qərbdə “DEMOKRATİYA” adlanır.
“Dünyanın xilaskarları” Amerika, NATO və avropa ölkələri “QURAN YANDIRMA” və yuxarıda qeyd etdiyim “ailə dəyərlərini və “DEMOKRATİİYANI” Ukraynaya da gətirmək istətirlər. Bütün bu hadisələri, Amerika və avropa “MƏDƏNİYYƏTİNİ” və “DEMOKRATİYASINI” analiz edəndə onları dəsdəkləyən bəzi Azərbaycan siyasətçilərini və jurnalistləri başa düşmək olur. Ancaq mən öz adımdan onu deyə bilərəm ki. Amerika, NATO və avropa Ukraynaya və Azərbaycan düşmənlərinə nə qədər silah-sursat verirlər versinlər – onlar heç bir qələt edə bilməyəcəklər.
Zirəddin Rzayev, ekstrasens, klinik psixoloq,
RF Dövlət Dumasının Millət vəkili köməkçisi,
Rusiya İctimai Palatasının komissiya üzvü