Aqil Acalov: “Azərbaycanlılar bu gün torpaqda işləmək istəmir, hamısı şəhərə qaçırlar”””


Aqil Acalov: "Azərbaycanlılar bu gün torpaqda işləmək istəmir, hamısı şəhərə qaçırlar"
“Qrantlar alan qaragüruh, ancaq tənqid edən, heç bir təklif və konsepsiyadan çixiş etməyən müxalifət istəmirəm””.

Tarixi ta qədimlərə gedib çıxsa da unudlmuş və yenidən həyat verilmiş bir idman növünü seçib həm də sevdirməyi, təbliğ etməyi ilə diqqətimi çəkdi Aqil Acalov. Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, ölkənin fəal ictimai gənclərindən olan Aqil Acalovdan öz marağıma cavab tapmaq və gəncliyin problemlərindən danışmaq üçün mənimlə həmsöhbət olmasını rica etdim. İdmandan da danışdıq, gəncliyin problemlərindən də… Nəyi danışdı, nə nə dedi? Müsahibəmizdə.

-Yəni olmayan bir idman növü Azərbaycana gəldi deyək, ya da bərpa olundu. Tanış olmayan bir idman növüə gəncləri cəlb etmək asandırmı?

-Hesab edirəm ki, idmanın inkişafi hər bir cəmiyyətdə olduğu kimi Azərbaycan cəmiyyyətinə və xüsusilə gənclərimizə çox büyük bir nemətdir. Gənclərimizin sağlam böyüməsi və onların pis vərdişlərdən uzaq qalmasi bizim başlica məqsədimiz olmalidir. Məhs buna görə Sayokan Türk döyüş sənəti gənclərimizi milli ruhda tərbiyə etməklə yanaşı, onların əxlaqli, sağlam və vətənpərvər yetişməsini təmin edir. Çunki yalniz sağlam gəncliklə ölkənin gələcəyinə təminat verə bilərik.
Türk döyüş sənəti Sayokan dünya türklərinin döyüş sənətidir və bu döyüş sənəti icində yaşadılan mədəni dəyərlərini Oğuz və Qıpcaq türklərinin mədəniyyəti üzərində qurmuşdur. Biz Türk dünyasında aparıcı dövlətlərdən biriyik və bu cəhətdən Sayokan döyüş sənəti üçün Azərbaycan qapı rolunu oynayır.
Sayokan Dunya Türklərinin döyüş sənəti olduğu üçün Azərbaycanın da milli döyüş sənəti sayilir. Məhz bu cəhətdən gənclər bu döyüş sənətini öz mədəniyyəti kimi qəbul edir. Bunun nəticəsidir ki, bizim federasiyamızın sayı yerlərdə günü-gündən artmaqdadır.

Biz seminarlar və yarışlarla yanaşı, orta məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində gənclər və tələbələrlə birgə görüşlər keçirərək gənclərimizin Sayokana marağının artmasını bu yolla təmin edirik.

Amma daha geniş auditoriyaya çıxmaq uçun bu idmanın media- efir təbligatı necə, o da varmi? Yəni bu gün yerdən qalxan gənc üçün efirdə meyxana demək, məncə Soyakan idmanı ilə məşğul olmaqdan daha cəlbedicidir.

-Çox əfsuslar olsun ki, efirlərdə bizə çox da geniş yer verilmir. Ancaq yarışlar zamani bir- iki kanal gəlib cəkib xəbər formasinda verir. Idman Azərbaycan kanalına dəfələrlə müraciət etmişik, lakin heç bir dəfə də bizimlə maraqlanmayıblar. Efir məkanı pulladır, biz isə Biznes təşkilatı yaratmamışıq, idman təşkilatı yaratmışıq. O ki qaldı, meyxanaya, onun da öz yeri var, idmanın da. Sadəcə hər şey balanslı şəkildə olmalıdır. Təbii, meyxana da bizim bir mədəniyyətimizdir.

-Mən meyxananın əleyhinə deyiləm. Amma “”ti kto takoy davay do svidaniya”” ilə Vətən qurtarmaq olmaz.

-Razıyam. Çox istərdim ki, bu cür tanınmayaq, daha gözəl işlərlə, mədəniyyətimiz, idmanımız digər sahələrdəki uğurlarımızla tanısınlar bizi. Bu bayağı formada tanınmaqdır və buna yanaşma da birmənalı olmur…

-Sayokan idman təşkilatının bütün türk dünyasının gənclərini birləşdirmək kimi bir missiyaya xidmət etdiyini dəfələrlə bildirmisiniz. Konkret hansı ölkələrdə bu idman növü üzrə yarışları keçirilib?

-Türk Dünyasını birləşdirmək siyasətçilərin işidir. Sayokan türksoylu xalqların ortaq mədəniyyətini əks etdirən bir döyüş sənətidir. Xüsusiyyəti isə bu mədəniyyətin dünyaya tanıtdırılmasını təmin etməkdir. Milli məfkurədə türk dünyasının gənclərini birləşdirmək bizim missiyamizdir. Sayokan dünyanın dörd bir yanında var. Amerika, Böyük Britaniya, Almaniya, Rumıniya, Hollandiya, Türkiyə, Gürcüstan, Qırgızıstan, Qazaxıstan, Hindistan və s. bu ölkələrdə həm seminarlar, həm də yarışlar kecirilir.

-Sizdə bu idmana maraq haradan yarandı?

– Bu idman növü milli bir idman növü olduğu üçün mən bununla maraqlandım. Sonra bu döyüş sənətinin Azərbaycanda resmi nümayəndəsi Vasif Namazovla ictimai təşkilatda tanış olduq. Qeyd edim ki, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov 2008-ci ildə bu idman növünü Azərbaycana gətirib və inkişaf etdirib. O məni bu federasiyaya dəvət etdi. Qərara aldm ki, idman ictimaiyyəti üçün yenilik olan bu təşkilatda təmsil olunum. Yəni bu yalniz idman deyil, həmçinin də ictimai bir işdir.

-Gənclərlə çalışırsınız və özünüz də gəncsiniz. Bu günkü Azərbaycan gəncinin asudə vaxını doldurmağa yönəlmiş bu idmandan başqa, elə vaxtının hamısının asudə olması problemi var: işsizlik. Və gənclər o problemin həllini uzaqda axtarmağa məcburdurlar. Məsələn, Rusiyada.

-Bu gun cəmiyyətimizin sosial təbəqəsi olan gənclərin probleminə ölkə rəhbərliyi xüsusi həssaslıqla yanaşır bu siyasətin təməli ümummillli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün də ölkə prezidenti tərəfindən uğurla davam etdirilir. Buna misal olaraq gənclər dövlət proqramını (2011-2015) göstərə bilərik. Bundan başqa gənclərin məşğulluğunun təmin edilməsi, xaricdə təhsillə bağli qanunları da göstərmək olar.
Mən hesab edirem ki, bu gün bu proqramlar uğurla icra olunur və gənclərin problemlərinin həllinə yonəlib. Bu sahədə uğurla yanaşı, bəzi probləmlər də müvcuddur. Xüsusilə gənclərin asudə vaxtının təşkili, regionlarda gənclərlə məşğulluğun təmin edilməsi ilə baqli sahibkarliq fəaliyyətlərinin qurulmasi uçun güzəştli uzunmüddətli kreditlərin verilməməsi, mənzil problemlərinin tam həll olunmaması. Hesab edirəm ki, ipoteka şərtləri gənc ailələr uçun bir az da güzəştli olmalıdir. Yaradıcı gəncləri isə dövlət pulsuz mənzillə təmin etməlidir.
Rusiya ilə bağlı onu deyə bilərəm ki, bu gün dünya qloballaşir və tək Azərbaycan yox, dünyanın hər bir ölkəsində demoqrafik vəziyyət dəyişir. Yəni gənclərin Rusiyaya getməsi tək onların işsizlik problemi ilə bağli deyil. Mən deyərdim ki, gənclərimiz Rusiyadan çox bu gün Avropaya gedirlər və əksəriyyəti də təhsil dalınca.

-Avropaya hansı təbəqə gedir, sizcə? Kasıb təbəqənin Avropaya təhsil dalınca getmə şansı nə qədərdir? Gedənlərin qayıtmamaq məsələsi də var bunun içində.

-Dövlət proqramında Avropaya gedən gənclərimizin təhsil və qalmaq xərcini dövlətimiz ödəyir ki, bu məsələdə siz deyən təbəqə ayrımı yoxdur. Qayıtmaq məsələsi vətənpərvərliklə bağlıdır ki, bir daha qeyd edirəm ki, bu məsələdə işlərimizi artırmalıyıq. Digər vasitələrdən də istifadə etmək olar. Məsələn şərt qoymaq olar ki, qayıtmayan tələbə təhsil pulunu qaytaracaq dövlətə və s.

-Aqil bəy, fikrinizdən belə anlaşırılır ki, Azərbaycan gəncinin problemi cüzidir. Əgər belədirsə, o zaman Rusiyada yaşlı qadınla ailə qurub vətəndaşlıq almaq istəyənləri bura gətirən nədir?

-Bəs onda 10 minlərlə miqrantı Azərbaycana gətirən nədir?)))

-Çindən gələnləri nəzərdə tutursunuzsa, o özünün istehsal etdiyini satir və ona bu sərf edir, deyək…

-Yox bu gün neft sektorunda işləyən, tikintidə işləyən banqladeşli, nepallı, hindli olanları nəzərdə tuturam.
Demirəm problem yoxdur, var, amma problemlərin həlli istiqamətində gedən yüksək işlərdən danışıram mən. Demək problem var ki, dövlət də proqram və qanun qəbul edir ki, həll etsin. Məgər bu pisdir ki?! Bunlar da olmasa deyəcəksiniz ki, dövlət problemlərin həll olunmasında iş görmur. O ki qaldi, Rusiyada kimsə vətəndaşlıq almaq istəyir, bunu hansi yolla edir, bunun Azərbaycan gəncliyinin ümumi probleminə nə dəxli var? Avropada bir alman gənc bu gün küçədə durub skripka çalir insanlar da ona pul verir. İndi deyək, alman gəncləri –özü də yaradıcı gəncləri dilənir?

-Rusiyada da bir rus gənci küçədə, metroda skripka çalıb pul yığır. Əslində bu da sənətini satmağın bir yoludur, dilənmək deyil. Amma söhbət birdən yox- birlərin cəmlənib olduğu yüzlərdən gedir.

-Mən tez -tez Rusiyaya gedirəm. Onu deyə bilərəm ki, bu gün Rusiyada bizimkilərin həyat və qazanc səviyyəsi çox yüksəkdir və onların orda sərbəst biznes qurmalarının və yaşamalarının səbəbi bizim prezidentin Rusiya ilə apardığı siyasətin nəticəsidir.

-Rusiya vətəndaşı olan azərbaycanlının nə problemi ola bilər ki? O qazandığını özü qazanır burada. Həyatınız hər zaman hamar yollardanmı keçib, yoxsa sadəcə optimistsinizmi?

-Mən optimistəm. Hamar da olub, kələ-kötur də.

-Azərbaycandan getmək imkanınız olsaydı, gedərdinizmi?

-Baxir nə üçün. Çox imkanım olub, amma getməmişəm.

Sizcə, gedən niyə gedir, qalan niyə qalır? Yəni gedənlərin çoxu küsənlərdirmi?


-Gedənlərin əksəriyyəti gənclərdir. Gənclər də həmişə məcara axtarırlar. Niyə hesab edək ki, küsüb gedirlər. Onların əksəriyyəti öz el- obalarına kömək edir. Məsələn, regionlarımıza baxsaq görərik ki, hər biri ev tikir yurdların təzələyir, küssələr onu edərlər? Qalanlar da niyə qalır suali anlaşılmır. Biz bu yurdda 7 min il yaşamışıq və daim də yaşayacağıq. Bura Vətəndir.

İqtisadi problem üzündən gedən təbii arxada qalan ailə üzvlərinə şərait qurmağa məcburdur. Amma yaşadığımız Rusiyada ən çox qarşılaşdığımız və işlətdiyimiz cümlə budur: “”Yaxşı günümdən burada deyiləm””. Gələnin hamısı kefindən gəlməyib anlamında.

-O söz qeyri- səmimi sözdur. Hər gün Rusiyanın ən bahalı restoranlarında yeyib-içənlərin statistikasını aparsaq, birinci yerdə azərbaycanlılar dayanar. Bu gün Bakının mərkəzində xarici maşınlardan yer yoxdur. Onları turistlər surmur, azərbaycanlıar surur. Bundan da danışın.

-Bakıda xarici maşın sürənlər və rayonda bir qarın çörəyə mohtac olanlar, evinin damından yağış damanlar var.

-Elə bir ölkə yoxdur ki orada iqtiasadi problem olmasın. Avropada baş verənləri yəqin ki, görursuz? Avropada iqtisadi böhran baş alıb gedir. Hər ay neçə- neçə iş yerləri iflasa uğrayaraq bağlanır. İnsanlar buna etiraz edirlər. Məsələn Yunanıstan.

-Yunanıstan bir şikəst uşaga 1000 evro təqaüd verir. Azərbaycanda isə uşaq pulu almaq üçün sübut eləməlisən ki, o pula ehtiyacın var. Həm də o məbləğdən çox az.

-Elə ona görə də müflis olub da. Bir şikəstə 1000 evro verib budcəni boşaltmaqdansa, uzun məsafəli iqtisadi islahatlar aparmaq yaxşi olardı. Onda o şikəstlərin daimi qarantiyası olardı. Gəlin səmimi olaq, bu millətin acindan öləni yoxdur , axi. Kim qazana bilmirsə, günah özundədir. Azərbaycanlılar bu gün torpaqda işləmək istəmir, kənd təsərrüfati ilə məşğul olmurlar. Hamısı şəhərə qaçır.

-Yer əkəninin də dərdi var. Siz rahat tərəfindən baxırsınız həyata.

Mən Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyada işləmişəm. Tam əminliklə deyə bilərəm ki, bu gün savadı və bacarıgı olan hər bir gəncə, vətəndaşa iş var. Mən dəfələrlə şahidi olmuşam kasib, adamı olmayan gənc vətəndaş gəlib komissiyada imtahan verib, muvəffəqiyyət qazanıb və dövlət orqanında işlə təmin olunub.

-Deputatlar da şəffaf seçilir, ali məktəblərə də şəffaf qəbul olunurlar. O zaman qovsanız ölkədən bu müxalifəti)))

– Normal cəmiyyətdə müxalifət olmalıdır. Mən də istəyirəm müxalifət olsun. Amma qrantlar alan qaragüruh, ancaq tənqid edən, heç bir təklif və konsepsiyadan çixiş etməyən müxalifət istəmirəm.

-Adamın Azərbaycana qayıtmağı gəlir)))

-Gedənlər bir gün qayıtmaq üçün gedirlər. Siz də qayıdın. Bura dədə-baba yurdudur çünki.

Müsahibə üçün sag olun!

Söhbətləşdi: Tünzalə VƏLİQIZI
Moskva


Bir cavab yazın