Argentinalı cəza müddətindən 20 il daha artıq həbsxanada qalıb
22 illik həbs cəzasına məhkum edilən argentinalı bir 20 ilini daha həbsxanada keçirib. Adamı sadəcə unudublar. Lakin görünən bu ki, adam halından məmnun olub. Yenə azadlığa çıxmaq istəmir.
Argentina mətbuatı verilən cəza müddətindən 20 il artıq ciddi rejimli həbsxanada keçirən 75 yaşlı Osvaldo Lonqobukonun başına gələnlərdən yazıb.
Osvaldo biznes ortağını öldürdüyü üçün məhkəmə ona 22 il azadlıqdan məhrum olunma cəzası kəsib. O 2001-ci ildə azadlığa çıxmalı imiş. Bu haqda Daily Mail məlumat verib. Lakin məhkəmədə onun vaxtında azad olunması unudulub. Olsvaldo 20 il daha həbsxanada keçirməli olub. Hadisənin qəribəliyi ondadır ki, cəza müddəti bitən kişi özü də unudulduğu haqda məlumat verməyib və “Syera-Çikka” həbsxanasında yaşamağa davam edib.
2021-ci ildə hakim qaydanın pozulduğunu aşkar edib və Osvaldo Lonqobukonu azadlığa buraxıb. O, isə ömrünün sonuna kimi məmnuniyyətlə həbsxanada qalmaq istədiyini deyib.
Iş orasındadır ki, Osvaldo tutulduqdan sonra bütün əmlakı müsadirə olunub, ailəsi ilə ayrılıb. Çöldə heç nəyi qalmayıb. Həbsxanada isə başı üsütndə damı və yeməyi vardı.
“Mən cəzamın bədəlini sonuna kimi ödəməkdən ötrü ömrümün sonuna kimi dəmir barmaqlıqlar arasında qalmaq istəyirəm”-deyə Osvaldo vəkilinə bildirib.
Yenses.ru