AŞPA-da Rusiya əleyhnə qətnamə qəbul edildi
Strasburq Krımın Moskva tərəfindən ilhaq olunması lehinə səs verdi. Referendumun nəticələrini tanımadığını bildirdi.
Rusiya nümayəndə heyəti isə AŞPA-nı qərəzli qətnamə qəbul etməkdə suçlayır. Bir yandan da Avropanın Rusiya üzərində yetkisini ləğv etməkdən ötrü AŞPA-dan çıxmaqla əvvəlcədən tədbir almaq istədiyini bəyan edir.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Krımın Moskvaya birləşməsini mühakimə edən qətnamə qəbul etdi. Sənədin müəlliflərinin və onu dəstəkləyən deputatların fikrincə, Krimda keçirilmiş referendum “heç bir hüquqi qüvvəyə malik deyil”. Qətnamədə həmçinin göstərilir ki, Ukraynada etnik azlıq olan rusların hüquqlarına birbaşa təhlükə olmayıb və yoxdur.
Təsdiq edilmiş sənədin müəlliflərinin rəyinə görə 16 martda Krımda keçirilən referendumun konstitusiya əsası yoxdur, o Ukaryna və Krım konsititusiyaları ilə ziddiyət təşkil edir. Səsvermənin nəticələri və bundan sonra Krım yarımadasının Rusiyaya birləşdirilməsinin AŞPA-nın rəyinə görə heç bir hüquqi əsası yoxdur və Avropa Şurası tərəfindən tanınmır. Rusiyanın hərəkəti sənəddə təcavuz kimi dəyərləndirilib.
Bu sənədi AŞPA deputatlarından 154 dəstəkləyib, 26 əleyhinə səs verib, 14-ü isə bitərəf qalıb.
Assambleyia bəyan edib ki, Rusiya höküməti hərbi müsaxilə etməklə Krımı ayrılmağa təhrik edib. Bundan əlavə Ukrayna sərhəddində Rusiya hərbiçilərinin iştirakı ilə əlaqədar AŞPA Budapeş memorandumu imzalamış ölkələrə tövsiyyə edib ki, Ukraynanın süverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün təhlükəsizlik məsələləri ilə bağlı real razılaşma bağlasınlar.
Bununla yanaşı AŞPA Kievin yeni hökümətinin legitimliyini və onun qəbul etdiyi qərarları tanıyır.
Sənəddə Kievdəki fevral etirazları vaxtı naməlum snayperlər tərəfindən aktivistlərə və hüquq mühaifizə orqanları əməkdaşlarına güllə açılması ilə əlaqəli zəruri araşdırma aparılması də əksini tapıb.
Qəbul olunan qətnamədə rəsmi Moskvanın Ukraynada sağçı radikalların hakimiyyətə gəlməsinin Krım sakinlərinin təhlükəsizliyinə zərbə olacağı fikri təsdiqini tapmayıb.
AŞPA deputatları Ukraynanın federallaşdırılmasının da əleyhinə çıxıblar. Bu addımın ölkənin birliyinin zəifləməsinə və stabilliyinin pozulmasına gətirib çıxaracağını deyiblər.
Rusiya nümayəndələri isə AŞPA-nı qərəzli qətnamə qəbul etməkdə suçlayır
Rusiya öz növbəsində AŞPA-nın nəzarətindən çıxmaqla hədələyir. Rusiyanın AŞPA-dakı nümayəndələrinin başçısı Aleksey Puşkov təsdiq edib ki, RF nümayəndələri önləyici qaydada bu təşkilatla işini dayandıra bilər. Onun sözlərinə görə bu AŞPA-nın Rusiyadakı situasiya ilə bağlı moritorinqlə məşğul olmaq hüququndan məhrum edir. Lakin Avropa Şurası qarşısındakı öhdəliyi-xüsusən də ölüm hökmü ilə bağlı moratoriumu saxlayır.
Moskva qətnamənin subyektiv və qərəzli olduğunu hesab edir. Səsvermədən bir az əvvəl Rusiya nümayəndə heyəti başçısının müavini Leonid Slutski bu layihəni pisləyərək orada ağa qara, qaraya ağ deyildiyini bildirmişdi. “Bütün yazılanlar Rusiyaya qarşı amansız böhtandır. Hətta o dəyişdirməyə belə yaramayan bir hesabat sənədidir, bütünlükdə onu silmək lazimdir. Burada yamağa belə yer yoxdur”-deyib Slutski.
Rusiya nümayəndə heyətinin başçısı Aleksey Puşkov isə bir məqama diqqət yetirərək, sənəddə “ekstremist təşkilatının fəaliyyəti haqqında heç nə deyilmədiyini ” –qeyd edib. “AŞPA fövqəladə halda doğru olmayan yolla gedir, onların demokratik inqilabı konsepsiyasında yazılmayan bütün şeylərə göz yumulur ”,- Moskvanın mövqeyinə belə aydınlıq gətirib cənab Puşkov.
Cümə axşamı – aprelin 12-də AŞPA-da Rusiya nümayəndələrini daha bir xoşagəlməz müzakirə gözləyir. Deputatlar 2014-cü ilin sonuna kimi RF-ni səsdən məhrum etməyə dəyib dəyməyəcəyinə qərar verəcəklər. Bundan əlavə britaniyalı konservator Robert Uolterin kəskin radikal təşəbbüsü ilə rusiyalı deputatların AŞPA-dakı səlahiyyətlərinin əlindən alınması da səsverməyə çıxarılacaq.
Məhəmməd
/Yenises.ru/