AŞPA Rusiyanın ağzını bağladı


AŞPA Rusiyanın ağzını bağladı
Avropa Şurası parlament assambleyası bu ilin sonuna kimi RF nümayəndələrini səsvermə hüququndan məhrum etdi və ölkəni bütün rəhbər orqanlardan çıxardı.

Avropa Şurası parlament assambleyası rusiyalı deputatlarını səsdən məhrum etməklə kifayətlənməyib onları Prezident bürosu, daimi komitədən də uzaqlaşdıraraq, hətta Assambleyada müşahidəçi missiyasında iştirakına da qadağa qoydu.

Bununla yanaşı Gürcüstan nümayəndələrinin təşəbbüskarı olduğu “Rusiya nümayəndələrinin səlahiyyətlərinin ləğv olunması”” təklifi AŞPA-da keçmədi. Səsverənlərin rəyi tam ikiyə böündü. Lehinə və əleyhinə eyni sayda-82 nəfər səs verdi. Reqlamentə görə hər hansı bir qərarı qəbul etmək üçün bir səs fərqi olması gərəkir.

Rusiya nümayəndələrinin səsinin alınmasına səbəb Ukraynadakı hadisələrə münasibətdən dolayıdır. Bu ərəfədə Avropa şurası parlament assambleyası Rusiyanı Krımı birləşdirməkdə mühakimə edən qətnamə qəbul etmişdi.

/Yenises.ru/


Bir cavab yazın