Avro-2016 Türkiyə Çexiyanı 2:0 udaraq gözləməkdə…
Furbol üzrə Avropa Çempionatının qrup mərhələsində iki oyunda uduzan Türkiyə yığması bu gün (dünən) Çexiya yığması ilə qarşılaşıb.
Oyunun ilk dəqiqələri türk fulbolçularının üstünlüyü ilə keçib. Çexiya komandasının qapısı ağzında real qol vəziyyəti isə 10-cü dəqiqədə yaranıb. Gənc oyunçu Əmrə Morun ötürməsindən sonra Burak Yılmaz topu qapıdan keçirib. Burak Yılmaz həm də bu qolla Avropa çemipionatında millisinin ilk qolunu vurub.
Qaşılaşmanın birinci hissəsi 1:0 hesabı ilə Türkiyə millisinin xeyrinə bitib. İkinci hissədə Fatih Terimin yetirmələri oyunu hücum üzərində davam etdiriblər. 65-ci dəqiqədə Ozan Tufanın atdığı qolla komanda hesabı 2-yə çatdırıb. Türkiyə yığmasının o biri mərhələyə çıxması üçün ən azı 4 top vurması gərəkdiyini bilən oyunçular Çexiya komandasıın qapısı ağzında təhlükəli vəziyyət yaratsalar da oyunda hesab dəyişməyib.
Bu nəticə ilə ən yaxşı 3-lər sırasında Albaniya millisini geridə qoyan Türkiyə yığma komandası İtalya və Belçika komandalaırnın oyunlarının nəticələrini gözləməli olacaqlar. Hər iki komanda udduğu təqdirdə Türkiyə növbəti mərhələyə vəsiqə qazana biləcək.
İlk iyi oyunda komandanın baş məçqiçisi Fatih Terim və kapitanı Arda Turanın ünvanına yağdırılan tənqidlərdən sonra milli komandanın Çexiya ilə qarşılaşmada göstərdiyi oyun azarkeşləri məmnun edib.
/Yenises.ru/