Avro 2024-də proqnozları alt-üst edən hesab


Avstriya 1:2 Türkiyə     

Oyunun qısa xülasəsi:

Dünən Avro 2024 çərçivəsində keçirilən yarışmada Türkiyə Millisi  8/1 qrup mərhələsinə çıxmaq üçün Avsrtiya Millisi ilə qarşılaşdı.  Futbol yarışması Avsrtiya Milli komandasının oyun üstünlüyü şəraitində keçsə də komandamız bu turnirdə qapıya ən tez vurulan qolun sahibi oldu. Hesabı oyunun birinci dəqiqəsində Merih Demiral açaraq Türkiyə milisini önə çıxartdı. Birinci hissədə hesab dəyişmədi. İkinci hissədə  Arda Gülərin küncdən zərbəni yerinə yetirməsindən sonra yenə 58-ci dəqiqədə Dəmiral fərqlənərək hesabı 2:0 -a çatdırdı.

Avstriya komandasında oyunçu dəyişiliyinin ardından meydan çıxan və Türkiyə ilə yoldaşlıq görüşüməsində millilərimizin qapısından 3 top keçirdən  Mixael Qreqoriç  Ştefan Koşun günc zərbəsindən oyuna daxil etdiyi topu 65-ci dəqiqədə Mert Günokun qapısından keçirərək hesab arasındakı fərqi azaltdı.  Avstriya 1:2 Türkiyə. Bundan sonra oyun tam Avstriyanın hücumu ilə keçsə də hesab dəyişmədi və… 

 Türkiyənin 16/1-də dayanacağını düşünənlərin ehtimalları 

 Heç bir başarı təsadüfi deyildir. Türklərin çox yayılmış ifadəsidir du. Buna baxmayaraq uzun illrərdən sonra seçim mərhələsini aşıb  Avropa çempionatına vəsiqə qazanan Türkiyə Milli futbol komandasının öz qrupunda ikinci olması ardından söz etdirdi.

Futbol biliciləri, şərhçiləri arasında Türkiyənin gənc komandasını təqdir edənlər də oldu, tənqid edənlər də. 

Portuqaliya millisindən başqa iki daha zəif (Gürcüstan və Çexiya) komandayla qarşılaşmada göstərdiyi oyunla  «şansa»  galib gıldiyini söyləyənlərə haqq verməmək olmur. Avro 2024-də  formada olmayan Portuqaliya komandasına  3:0-lıq məğlubiyyətdən sonra ümidlər pambıq ipindən asılı vəziyyətdə idi. 

Avropada türk dünyasını təmsil edən Türkiyə yığmasını bu qədər sevməmizə rəğmən  tərəfdaşlar, azarkeşlər də bunun fərqində idilər və hələ də fərqindəyik.

Avro-2024-ün yayım haqqına sahib Rusiyanın Match tv kanalının şərhçiləri də Arda Güler, Mert Müldür, Hakan Çalkanoğlu, Ceng Tosun və digər ulduz oyunçulardan təşkil edilmiş Türkiyə Millisinin Avstriya ilə oyunda məğlubiyyətinin qaçılmaz olduğunu söyləyirdilər. 

Onlardan biri- Matcht tv-nin tanınmış şərhçisi  Azərbaycan əsilli  Elvin Kərimovun Avsrtiya qarşılaşmasından əvvəl verdiyi proqnoz da bu yöndə idi. O Türkiyə yığmasının oyunlarını analiz edərək, -«Avstriya Gürcüstan və Şexiya deyil, Türkiyə də bu çempionatın ən zəif yığmasıdır»,-deyə Milliləri belə dəyərləndirmişdi. Və Avstriya ilə oyunda məğlub olaraq 8/1 finala vəsiqə qazana bilməyəcəkləri proqnozunu vermişdi.

Şərrhçi Viktor Qusev də aşağı-yuxarı Elvin Kərimovla eyni fikirləri paylaşaraq, Avstriyanın yoldaşlıq görüşündəki 6:1-lik qalibiyyətini də nəzərə alaraq, Türkiyə Millisində Real Madriddə oynayan  19 yaşlı Arda Güler faktoru olsa da, ən az 2 qol hesabı ilə Avstriyanın qələbə çalacağını yazmışdı.

Amma, ancaq və lakin… Bunu dedirtdirən nədir?  Futbol siyasət meydanı deyil. Yaşıl meydan dözümlülük, yüksək texnika və bacarıq tələb edir. Bir də qələbə qazanmaq əzmi. 

Avstriya qarşılaşmasını bir revanş görən Türkiyə Millilərini  bir üst mərhələyə çıxardan da sadəcə bu xarakter idi. Və Avstriya ilə qələbədən sonra rusiyalı şərhçilər bunu söyləyirlər: «Favorit olmayan Türkiyənin bu çempionatda düşüncələri alt-üst edən qələbəsi Montellanın komandasından gözlənilməz nəticələri gözədə bilər».

Artıq Niderlad ilə qarşılaşmanın proqnozları verilir. Bu dəfə də Niderland Avstriya deyil, və türklərin yolu bura qədərmiş- deyilir.

Yolun hara qədər olduğu isə Avsrtiya ilə qarşılaşmada iki qola assisentlik edən Arda Güler, iki qol atan Merih Demiral, 96 faizlik topu qapıdan çıxarmağı bacaran qolkiper Mert Günok və  oyunda başından sonuna kimi mübarizə aparan gənc türk ulduzlara bağlıdır.  Bu gənclər inanrısa,  hücumda və müdafiə xəttində bütün əskikliklərə nəzərən biz də inanırıq. 

Başarının təsadüfi olmadığını göstərin, Bizim Cocuklar!

Tünzalə Vəliqızı
Yenises.ru

03.07.2024


Bir cavab yazın