AYSEL ƏHMƏDOVA – “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz


AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz
Bu günlərdə həkimlər haqqında nə qədər pafoslu danışsan azdır. Onların çalışdığı bugünkü şəraiti müharibə dövrünün səhra hospitallarındakı ilə eyniləşdirmək olar… Həm xilas etmək, həm də özünü qorumaq məcburiyyətindədirlər. Moskvada COVİD-19-un “Qırmızı zona”sında çalışmaq da onun kimi.

V.P. Demixov adına şəhər klinik xəstəxanasının həkimi ginekoloq Aysel Əhmədova “Qırmızı zona”da təhlükənin içində olub.

Rusiyanın dövlət televiziyaları ORT və NTV kanallarında onun “Qırmızı zona”dakı fəaliyyətindən süjet göstərilib, evsiz-eşiksiz xəstəyə tibbi yardımdan başqa, maddi-mənəvi dayaq olması təqdir edilib.

Tsarqrad.tv-nin əməkdaşı Feodr İçin onun haqqında nə yaxşı belə qayğıkeş, mehriban və ən ümdəsi xəstələri ilə doğması kimi rəftar edən həkimlərimiz var –deyə söyləyir. Və bir də deyir ki, kimin bəxtinə belə həkim düşübsə, o xoşbəxtdir. Və təbii ki, minnətdarlıqlar…

-Real ölümlə üzləşən və özü də hər an onun yaxınında olan bir yerdə çalışmağı seçmisiniz, həm də könüllü. Səbəb nəydi deyə sorsam, cavabınız…

-Həkim olmaq. İnsan olmaq. Xeyirxah, yardımsevər olmaq. Başqa cavabı varmı? Amma siz də haqlısnız, həkim olsaq da insanıq. Qorunmağımız da lazımdır, arada qorxmağımız da. Lakin xəstə və ya xəstələnmək ehtimalı olanlar üçün də birinci tövsiyyəm qorxmamaqdır. Bunu ehtiyatlılıqla qarışdırmayın. Təbii ki, belə yoluxucu xəstələiklər zamanı ikiqat diqqətli olmaq, qorunmaq vacibdir. Lakin qorxmadığın-inandığın zaman bunları aşa bilirsən.
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz

-Niyə məhz “Qırmızı zona”?

-Pandemiya başlayanda çalışdığım V.P. Demixov adına şəhər klinik xəstəxanasını COVİD-19 üçün hazırladılar. Virusun pik zamanı həkim çatışmırdı. Tibb təhsili olan hər kəsə müraciət edirdilər. Ona görə kənarda qala bilməzdim. “Qirmizi Zona”-ya həkim tələb olunurdu və mən könüllü yazıldım.

-Ginekoloqsunuz. Sizin sahənin koronavirus müalicəsi ilə nə əlaqəsi?

-Tibb institutunu qurtarıb müxtəlif sahələr üzrə ixtisaslaşanlar da tədris prosesində çox şeyi öyrənilər. Mən də infeksionistəm. Öz xəstəxanamızda da COVİD-19-la mübarizə çərçivəsində infeskionist kimi fəaliyyət göstərdim. Test analizləri edirdim. Özümün 2-si böyük, 2-si də kiçik olmaqla 4 palatam vardı. Pik dediyimiz mart ayının sonu və iyunun əvvəlinə təsadüf edir.
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz

-Xəstələriniz arasında azərbaycanlılar da varmiydi və sağalmayıb həyatını itirənlər oldumu?

– Təbii aralarında bizimkilər də vardı. Rus dilini bilməyənlərimizlə öz dilimizdə danışır nə istədiklərini tərcümə edirdim. Yəni bu təkcə COVİD-19 dövründə deyil, hər zaman kömək etməyə çalışıram. Koronavirusdan ölən azərbaycanlılar çox oldu. Amma mənim xəstələrimin hamısı şükürlər olsun ki, sağaldı. Azərbaycanlı xəstələrim də həmçinin.

-Aysel xanım, Azərbaycanda bu xəstəliyə inanmayanlar inananlardan çoxdur. Elə yaşadığımız Moskvada da bunu birmənalı qarşılamırlar. Hətta dövlətin bir “siyasətidir” kimi xarakterizə edənlər də var…

– Tünzalə xanım, insanlar buna şübhə ilə yanaşsalar da xəstəlik mövcuddur. Yoluxucu virus ciddi şəkildə yayılıb. Rusiya qarşısını almağa çalışır. Azərbaycan xalqıma tövsiyyəm budur ki, onlar da bu xəstəliyi həfifə almasınlar və buna ciddi yanaşsınlar.

-Sizcə, özünütəcrid, maska və əlcək –bütün bunlar qorunmaq üçün yetərlidirmi?

-Bu xəstəlikdə əsas sıraya qoyduqlarımdan biri ümidli olmaqdır. Pozitiv olmaq, inanmaq. Təcriddə şəkər xəstəlyi olanlar olmalıdır. 65 yaşdan yuxarı və urək xəstəliyi-infark, insult keçirmiş insanlar. Çünki onlarda yoluxma riski çoxdur. İmmun sistemini möhkəmləndirmək üçün isə təmiz hava və düzgün qida şərtdir.

-“Qırmızı zona”da fəaliyyətinizdən Rusiya KİV-ində və ORT və NTV telekanallarında danışılıb, adınız xüsusi vurğulanıb.

– Mənim jurnalist pasientim var idi. Onu müalicə etmişdim. Sonra xəbər tutdum ki, haqqımda videoçarx hazırlayıb və NTV, ORT-də göstəriblər. Amma inanın ki, mən baxmamışdım. Sizin kimi başqalarından eşitmişdim.
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz
-Orada bir kimsəsizə (bomja) xüsusi qayğınızdan söhbət açılır.

-Keçmişdə müəllim olmuş və hansı səbəblərdənsə küçədə qalan kimsəsiz birini gətirmişdirlər. Testi müsbət çıxdı. Adamın üstü-başı pis gündə. Paltarlarını soyundurub atdıq və təsəvvür edin, geyindirməyə də bir şeyi yox. Mən anama zəng edib evdən paltar-dəyişək yollamasını istədim. Kim olsa belə edərdi düşünürəm. Onu müalicə edib sağaltdıq. Hətta xəstəxanadan çıxandan sonra qalmağa yer belə tapdıq.

-Söhbət əsnasında ananızın istəyi ilə həkimliyi seçdiyinizi dediniz. Bəs ixtisas seçimi?

-Həkim olmağımı deyil, olmağımızı anam istəyib. Qardaşım Tural Əhmədov da, mən də Moskva Dövlət Tibb institutunu bitirmişik. Azərbaycanlı olmaq-valideyninin arzusunu yerinə yetirməkdir.))) Amma ixtisasımı özüm seçdim. Dünyaya uşaq gəlməsi bu yeni həyat, yeni ümid, yeni xoşbəxtlik deməkdir. Mən möcüzələrə inanıram. Və uşaqları bu dünyanın möcüzəsi sayıram.
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz
-Bəzən bu möcüzəni yarıda da durdurursunuz…

– Ginekoloq kimi hamiləliyi dayandırmağın əleyhinəyəm. Bunu həkim kimi etmirəm və etməyəcəm… Hətta müraciət edənlərə belə deyirəm ki, ən böyük xoşbəxtlik sağlam uşaqdır. Oğlan, qız fərq etməz. Bu mənim prinsipimdir. Əlimi qana bulamaram və onunla pul qazanmaram.

Hər həkimin bir qəbristanlığı olur. Şükürlər olsun ki, mənim hələ belə bir qəbristanlığım yoxdur. Həkimlər Allahın seçdiyi vasitəçidirlər. Həkimlərin əliylə Allah insanlara kömək edir. Ona görə həkimlik müqəddəsdir.

Tünzalə Vəliqızı,
Moskva
Yenises.ru

FOTOLAR
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimiz


Bir cavab yazın