Azərbaycan millisi Bəhreyn yığmasını darmadağın etdi


Azərbaycan millisi Bəhreyn yığmasını  darmadağın etdi
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib. DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda komandamız Bəhreyn milli komandasını 3:0 hesabıyla məğlub edib.

Oyunun 33 –cü dəqiqəsində rəqib futbolçu milli komandamızın hücumçüsü Bradimir Subaşiçi cərimə meydançasında yerə yıxdığına gərə penaltiyə səbəb olur. Rəşad Sadiqovun yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edir. Bundan iki dəqiqə sonra künc zərbəsindən ötürülən topu Subaşiç qapıdan keçirir və komandamızı hesabda önə çıxarır. Birinci hıssə minimal hesabla komandamızın xeyrinə bitib.

Oyunun ikinci hissəsinin başlanğıcında Bəhreyn millisində dörd dəyişik edilir. Lakin bu da komandamızın qələbə qazanmasına maneə ola bilmir. Görüşün 60-cı dəqiqəsində rəqibin səhvindən yararlanan Cihan Özkara hesab arasındakı fərqi artırır. Sanki qeyrətə gələn komandamız oyunun 79-cü dəqiqəsində rəqib qapıçının kobud səhvindən yararlanaraq daha bir qol vurur. Bu defe qolun müəllifi Cavid Hüseynov olur. Oyunun qalan hissəsində hesab dəyişməz qalır və millimiz illərlə həsrətdə oldugu böyükhesablı qələbəsini rəsmiləşdirir.

Qeyd edək ki, milli komandamız Bəhreyn millisi ilə 2008-ci ilin 15 oktyabrında Manamada qarşılaşmışlar və millimiz bu dəfə olduğu kimi onda da qələbəyə sevinən tərəf olub- 2:1.

Bəhreyn millisi FIFA-nın reytinq cədvəlində 331 xalla 102-ci pillədə, Azərbaycan millisi isə 308 xalla 108-ci pillədə qərarlaşıb.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın