İsraildə “Azərbaycana dəstək” aksiyası keçirilib


“Qarabag Azərbaycanındır”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ermənistan təcavuzunə son” şüarları ilə İsraildə “Azərbaycan Evi ”  aksiya keçirib. Bu haqda tanınmış siyasi analitik Arye Qut Facebook səhifəsində məlumat verib.

Ermənistan təcavüzü pislənən aksiyada – “”Xocalı soyqırımını törədənlərin bu vəhşiliyinin cavabsız qalmasının nəticəsidir ki, onlar hələ də işğalçı siyasətlərini davam etdirməkdən çəkinmirlər. Dünya da bu haqsızlığa qarşı susur. Bizsə susmayacağıq. Hər kəsin duyması üçün haq səsimizi ucaldacağıq.””-mesajı verilib.


Arye Qut yazıb ki, İsraildə yaşayan Azərbaycan əsilli soydaşlarımız Ermənistanın işğalıçı siyasətinə son qoyulması, onların cəzalandırılması tələbi ilə çıxış ediiblər. İsraildəki “”Azərbaycan Evinin”” təşkil etdiyi etiraz aksiyasında 500-600 nəfərə qədər adamın iştirak etdiyi bildirilir.

Arye Qutun paylaşımından sətirlər:

” Azərbaycan və İsrail dövlət bayraqlarının, Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Çıxış edənlər Qarabağın Azərbaycan torpağı olduğunu bir daha bəyan edərək, Israil hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər”.

Arye Qur iştirak etdiyi təbdirdən şəkillər də paylaşıb.

YENİSES.RU


Bir cavab yazın