Bacısının yalanına görə azərbaycanlılarla dava etdi
Hadisə Moskva vilayətinin Lobnya şəhərində iki azərbaycanlı ilə yerli rus arasında dava baş verib. Davaya səbəb bacının qardaşına azərbaycanlılar barədə yalan danışması olub və nəticədə onları ayirmaq istəyən iki nəfər qardaşın atdığı güllədən muxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hadiə belə baş verib:
Mayın 28-də Lobnya şəhərində gecənin gec saatlarında əli kəsilmiş, yarasından qan süzülən və içkili olduğu üçün bunun fərqində olmayan qız evlırinə doğru gedirmiş. Yolunun üstündəki ərzaq dükanının yanında dayanan iki azərbaycanlı bunu görüb qıza kömək etmək istəyiblər. Amma əvəzində qız onları təhqir edib. Evə çatanda 28 yaşlı qardaşına haradan gəldiyini və əlinin niyə yaralı olduğunu aydınlaşdıra bilməyən qız canini yalanla qurtarmağa məcbur olub. Guya ona ərzaq dükanının yanında iki azərbaycanlının sataşdığını deyib. Bunu eşidən qardaş travmatik tapançasını göturərək küçəyə azərbaycanlılar ilə haq-hesab çəkməyə gedib.
Dükana çatanda qadının qardaşı ilə azərbaycanlılar arasında mubahisə başlayıb və bu davaya çevrilib. Orda olan 27 və 30 yaşlarında iki rus davanı görüb onları ayırmaq istəyiblər. Rys qızının qardaşı bu iki nəfərin də azərbaycanlılara tərəf çıxdığını görüb özü ilə gətirdiyi silahdan onlara atəş açıb. Nəticədə iki yerli sakin müxtəlif bədən xəsarəti aliblar.
Polis əməkdaşlarının səyi nəticəsində güllə atan qardaş tutulub və Lobnya şəhər Polis bölməsinə tehvil verilib. Cinayət işinin açılması barədə yoxlamalar davam edir.
Ramin Kazımov
/Yenises.ru/