Baş prokurorluq Çeçenistanın qaz borcunun silinməsinə qarşı çııxdı



Baş prokurorluq Çeçenistanın qaz borcunun silinməsinə qarşı çııxdı

RF baş prokurorluğu Çeçenistan prokuroruna “Qroznı regionlararası Qazprom”” kompaniyasının əhalinin qaz borcunu siliməsi əleyhinə arqumentlərini nəzərə alaraq, onu dəstəkləməyə çağırıb. Bu haqda RİA Novosti məlumat verib.

Baş prokurorluqdan onu da bildiriblər ki, regional prokurorluğun borcun silinməsu ilə bağlı məhkəmə iddiası əsassızdır. Eyni zamanda federal qurum Çeçenistan prokuroru Şarpuddi Abdul-Kadırova prokurorluq orqanlarının təşkilatların əməliyyat və iqtisadi fəaliyyətinə müdaxilə etməsinin yolverilməz olduğunu göstərib.

Bundan əlavə Baş prokurorluqda izah ediblər ki, mövcud qanunvericilikdə debitor borclarının silinməsində iddianın müddətinin başa çatması yeganə şərt deyil.

Bundan əvvəl “”Qazprom”” dövlət şirkətinin “”Regionlararası Qazprom”” fillialınn mətbuat xidməti Çeçenistan Respublikası sakinlərinin qaz borcunun 9 milyard rubldan artıq oduğunu müəyyənləşdirmişdi.

“”Qazprom””unn filialı yanvarın 21-də çeçen məhkəməsinin borcun silinməsi ilə bağlı çıxartdığı qərarla razılaşmayaraq şikayət edib. Çeçen prokurorluğu yanvarın 18-də məhkəmənin çıxardığı qərarı dərc etmişdi. Qərarda qaz borcunun silinməsinin vacibliyi qeyd edilməklə yanaşı, sıravi sakinlərin etirazına səbəb olaraq ictimai təhlükəyə yol açacağı deyilirdi.

Yenises.ru


Bir cavab yazın