Bastrıkin miqrantları qovmağa və sərt dəyişiklər etməyə çağırdı
Rusiya İntintaq Komitəsinin başçısından sərt açıqlamalar gəldi.
Deputatları təhqir edərək Dövlət Dumasının aşağı palatasını «dövlət axmaqlar»ı adlandırmaqdan çəkinmədi.
Miqrantları qovun və yerli rusların onların yerinə çalışması üçün maaşları artırın-dedi.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda miqrasiya sahəsində qanunvericiliyin dəyişdirilməsinin zəruriliyinə diqqət çəkib. O, Dövlət Dumasının deputatlarından miqrasiya böhranının həllində maraqlı olub-olmadıqlarını soruşaraq parlamentin aşağı palatasını “dövlət axmaqları” adlandırıb.
“Burada deputat yoxdur? Deputatsınız, hə? Zəhmət olmasa mənə deyin, Dövlət Dumasında nə baş verir, vəziyyətin gərginliyinə uyğun olan yeni qanunların qəbuluna maraq varmı? Mən həqiqətən bilmək istərdim ki, bizim dövlət axmaqlarımız nə vaxt yaxşı qanunlar qəbul edəcəklər”, – Aleksandr Bastrıkin forumda miqrant probleminin müzakirəsi zamanı deyib.
Bastrıkin 2024-cü ilin ilk dörd ayında Moskva və Sankt-Peterburqa iki milyondan çox miqrantın gəldiyi statistikaya da istinad edib.
Ümumilikdə öklədə 14 milyona yaxın miqrant var və bu hər on ölkə sakinindən birinin əcnəbi olduğundan xəbər verir. Bastrıkin onu da qeyd edib ki, Rusiya vətəndaşlığı almış 10 minə yaxın əcnəbi Ukraynadakı döyüş bölgəsinə göndərilib.
Ölkəyə miqrant axının qarşısını almaq və rus işçiləri cəlb etmək üçün əmək haqqının 120 min rubla çatdırılmasını təklif edib. O, əmin olduğunu bildirib ki, lazımi şərait yaradılarsa, rusiyalılar asanlıqla xarici mütəxəssisləri əvəz edəcəklər.
yenises.ru