Bayrağı tərs tutan Fazil Mustafaya Moskva gənclərindən sərt reaksiya
Millət vəkili Fazil Mustafanın 4 il əvvəl ABŞ-da Av evin qarşısında Azərbaycan bayrağını tərs tutaraq çəkdirdiyi səkil sosial şəbəkələrdə müzakirə mövzusu olub. Şəkildə bayrağı tərs tutan millət vəkilinin bu hərəkəti bir çoxları tərəfindən qınaq və kəsin tənqidlə qarşılanıb. Mətbuata açıqlamasında bunun bir tələskənliklə bağlı olduğunu söyləyən Fazil Mustafanın bu etirafı ona qarşı “hücumları” səngitmək yerinə daha da qızışdırıb.
Facebook şəbəkəsində “Tərs bayraq” məsələsini müzakirə edənlərin əksəriyyəti millət vəkilinin belə bir səhvi etməyə haqqı olmadığını (baxmayaraq ki, o da insandır və mexaniki olaraq da səhv edə bilər) bidiriblər.
4 il əvvəl çəkilən bir şəklin bu gün geniş şəkildə müzakirə olunması nə qədər doğrudur?! İnsanların bayrağına həssaslığınınmı, yoxsa Fazil Mustafaya qarşı ələ düşən “girəvədən” yararlanmağınmı nəticəsidir bu?!
Əslində dörddə bir əsrə yaxın müharibə vəziyyətində yaşayan və qapıları əsgər tabutları döyən Vətənimizdə şəhidlər üzərinə sərilən bayrağımıza sahib çıxılması təqdirediləndir. Ona qarşı hörmətsizlik sayılan hər hansı əməlin sərt qarşılanması da məhz bu amillə şərtlənir.
Rusiyada fəaliyyət göstərən ictimai təşkilatlarımızın fəalları da bu məsələyə etinasız qalmayıblar.
“Yeni Nəfəs” ictimai birliyinin və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin sədri, Ümumrusiya Azərbaycanlıları konqresinin üzvü Toğrul Allahverdili şəxsi Facebook səhifəsində Fazil Mustafanın “tərs bayraqlı” şəklini baş-ayaq qoyaraq (Bayrağın düz görünməsinə düzəliş edərək) altında bu sözləri yazıb: “Siz tərs dursanızda olar, Fazil bəy, təki BAYRAĞIMIZ düz olsun!”
Toğrul Allahverdiyili Milli Məclisin deputatı, Fazil Mustafanın ABŞ-da Ağ Evin binası önündə Azərbaycan bayrağını tamamilə tərs tutduğunu əks etdirən fotonun sosial şəbəkələrdə yayılması və Azərbaycan içtimaiyyətinin buna sərt mövqedən yanaşmasını alqışladığını qeyd edib.
“ Ümumiyyətlə, Fazil Mustafa öz həmkarlarından fərqli olaraq həmişə müxtəlif məsələlələrlə gündəmdə olur. Tarixi şəxsiyyətlərə çamur atır, dini məsələyə təriqət baxışından müdaxilə edir və nəhayət indi də bayraq qalmaqalı. Yaxşı olardı ki, Fazil Mustafa öz seçicilərinin problemi ilə məşğul olardı. Son etdiyi hərəkətə görə, üzr istəyərdi. Amma o yenə də öz etdiyinin səhv olduğunu anlamır, hələ bir inadkarlıq da edir. Bu, onu göstərir ki, Fazil Mustafa bu kimi davranışları düşüncəli şəkildə, müəyyən tapşırıq əsasında həyata keçirir. Ya da hər hansı bir qüvvənin daimi diqqət mərkəzində olmaq üçün özünü gündəmdə saxlayır”.
Rusiya Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondunun rəhbəri Şamil Tağıyev isə millət vəkilini daha ağır ittihamla günahlandırıb. Facebook səhifəsində bu olayla baglı “Azərbaycanın üç rənğli bayrağı uğrunda Şəhid olub qan tökən qardaşlarımız bizi bağışlasınlar ki, belə millət vəkillərimiz var”-yazıb.
“”Bütün bu deputatlıq və ictimai siyasi fəaliyyəti illərində “”mus-mus-mus”” deyən deputatimiz axir ki, Azərbaycan bayrağına qarşı “”mustafasını dedi. Belə də ki, nurçuluq əqidəsi altinda nəfəs alan və yaşayan insandan bundan artıq bir əməl gözdəməkdə olmazdı. Çünki elə nurçuluq əqidsinin əsas məqsədlərindən biridə öz tarixinə və dövlətinə zidd olmaqdı. Fazil bəy bu bayraq biyabırçıliğında, heç də günahkar deyil , sadəcə olaraq onun maskası çırıldı, və “”dövlətini sevən millət vəkili “” maskası altında olan, xain nurçuluq sifəti göründü”.
“Ar olsun sizə, Fazil Mustafa!”
Tünzalə Vəliqızı
/Yenises.ru/“