Belə getsə Yunanıstanda miqrantların meyidini basdırmağa yer tapılmayacaq


  Belə getsə Yunanıstanda miqrantların meyidini basdırmağa yer tapılmayacaq Miqrasiya böhranı Yunanıstanın Lesbos adası üçün əsl kabusa çevrilib. Hər gün sahilə qaçqın meyidləri çıxır. Bununla bağlı Mitilini şəhərinin meri Spiros Qalinos bəyan edib ki, suda batan insanların meyidini basdırmaq üçün yer çatmır. “Hazırda meyidxanada 60 insan cəsədi var. Biz soyuducu konteynerləri düz küçənin ortasında qoymağa məcur olmuşuq””-deyə mer bildirib.

Qalinos onu da qeyd edib ki, şəhər administrasiyası fəal şəkildə miqrantların basdırılması üçün yer axtarır. “” Ölümün pəncəsindən xilas olmaq ümidiylə uzun yol gəlmiş bu insanlar yenidən ölümə qucaq açıblar və öləndən sonra da rahatlıq tapa bilmirlər””.

Mİnlərlə qaçqın Türkiyədən Lesbosa gəlməyə cəhd edir, onlar təhlükəli səfərə kiçik qayıqlarla çıxırıar. Həddindən artıq dolu olan qayıqlar tez-tez batır və miqrantların, uşaqların ölümünə səbəb olur.

Miqrasiya üzrə beynəlxalq təşkilatın verdiyi hesabata görə 2015-ci ildə Avropa Şurası ölkələrinə dəniz yolu ilə 800 min insan gəlib. Aralıq dənizində 3432 nəfəri batıb və ya itkin düşüb.

/Yenises.ru/


Bir cavab yazın