Belorusiya Rusiyanı İran nefti ilə hədələyir


Belorusiya Rusiyanı İran nefti ilə hədələyir
Krasnoyarsk iqtisadi forumunun kuluarında Belorusiya baş nazirinin müavini Vladimir Semaşko Rusiya neft sektorunda vergi reformasının Belorusiyanı neft üçün İran da daxil olmaqla başqa ölkələrə üz tutmağa məcub edəcəyini deyib.

“Əgər həyat məcbur edərsə, nə etməli? “”Vergi manevrini”” qurtarmaq üçün siz hələ də danışıqlar aparırsınız. Vergi manevrini qurtarmaq nə deməkdir? Bu o deməkdir ki, ixrac gömrük rüsumundan imtina edərək onu faydalı qazıntıların hasilatı vergisi ilə əvəz edəcəksinz, bu birinci sinif uşağına da aydndır ki, Rusiyadan Belorusiyaya ixrac edilən neft dünya bazarındakı qiymətə başa gələcək””- Semaşkonun “”Belorusiya bu il İran nefti almağı planlaşdırırmı””- sualına cavabında dediklərindən TASS sitat gətirib.

O, onu da qeyd edib ki, Afrika vəbası adıyla Belorisiya donuz ətinin Rusiyaya gətirilməsinə qoyulan qadağanın altında da müəyyən ticarət maraqları dayanır.

“”Nədə desəniz şübhələnmək olar… Həmişə hər hansı bir anlaşılmazlıq ortaya çıxırsa, hesab edirəm ki, bu dövlətlərarası bir məsələ deyildir, kimlərinsə bu bir sıra şəxsi maraqlarını üçün sürüklədiyidir””- deyə Semaşko bildirib.

Xatırladaq ki, cümə günü bir müddət əvvəl Belorus höküməti baş nazirinin müavini Vladimir Semaşko Krasnoyarsk iqtisadi forumunun plenar yığıncağı çərçivəsində eneretika sahəsində həll edilməmiş bir sıra məsələlər üzündən Rusiyayla iqtisadi münasibətləri “”mənfi üç”” ilə qiymətləndirmişdi.

Yenises.ru


Bir cavab yazın