BILIRSİNİZMİ? Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo


BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da “Turandot”” nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . “”Vaxtanqov”” teatrında tamaşaya qoyulmasının “”teatr hadisəsi”” adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən “”Arbat”” və “”Biblioteka imeni Lenina”” adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il “”Rusiyada teatr ili”” elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo
Belə ki, şəkildən də gördüyünüz kimi “”Şahzadə və Asteroid”” başlıqlı yazıda XVIII əsrdə yaşamış italiyalı yazıçı-dramaturq Karlo Qotssi-nin “”Turandot”” nağılı əsasında yazdığı “”Şahzadə Turandot”” dramının 1922-ci ildə Arbatda Vaxtanqov adına teatrda (O zamanlar Moskva Akademik Bədii teatrı adlanırdı -red.müəll. )səhnə qoyulduğu haqqında məlumat verilir. Bu məlumatda diqqəti çəkən məqam isə “”Turandot”” nağılının XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən düşünülüb qələmə aındığının əks olunmasıdır.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo
Nizami Gəncəvi şəxsiyyət ətrafnda hələ də günümüzdə mübahisələr və müzakirələri nəzərə alsaq onun milyonlarla moskvalıya Azərbaycan şairi olaraq təqdim olunması məncə, təqsdiqə ehtiyacı olunmayanın bir daha təsdiqidir!

Bir azərbaycanlı olaraq qürurverici deyilmi?!

Tünzalə


Bir cavab yazın