Bir qrup ziyalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etdi


I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin COVİD-ə tutularaq vəziyyətinin ağırlaşmasına biganə qalmayan   siyasi partiyaların , hərəkatların rəhbərləri, millət vəkilləri,  jurnalistlər və ictami fəallar  prezidentə  müraciət ünvanlayıb.  Müraciətin tam mətnini dərc edirik.

Hörmətli cənab Prezident!

Pandemiya şəraitində insanlarımızın sağlıq durumu və səhhəti ilə bağlı çox ciddi problemlər yaşanır. Bilirik ki, bu xəstəlik bütün dünyanı bürüyüb, Azərbaycandan da yan keçməyib və təəssüf ki, bir çox insanlarımız bu amansız xəstəlikdən dünyadan köçür.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və milli tarixini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli də dünyanın bəlasına çevrilən “COVİD-19” xəstəliyi ilə mübarizə aparır. Hal-hazırda o, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır. Çox təəssüf hissi ilə qeyd edirik ki, vəziyyəti kəskin ağırlaşan Dilavər Əzimli artıq 04.01.2021-ci il tarixindən süni nəfəs aparatına qoşulub.

Hörmətli cənab Prezident!

Bu gün dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Dilavər Mirzəkişi oğlu Əzimlinin həyatı üçün böyük təhlükə var və bu cür alimimizin itirilməsi Azərbaycanın tarixi, tarixinin araşdırılması üçün də ciddi problem yarada bilər.

Möhtərəm cənab Prezident!

Xahiş edirik, Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin  səhhətinin normala qayıtması və “COVİD 19” xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verəsiniz.

Hörmətlə,

İqbal Ağazadə

Ümid Partiyasının sədri,

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili,

Pənah Hüseyn

Xalq Partiyasının sədri,

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri,

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, millət vəkili,

Zahir Əlisoy

Bütöv Azərbaycan Ocaqlarının başqanı,

Paşa Həsənli

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının sədri,

Qələndər Muxtarlı

Millətçi Demokrat Partiyasının sədri,

Zaur Qəriboğlu

jurnalist,

Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri,

Tural Abbaslı

Ağ Partiyanın sədri,

Əvəz Zeynallı

jurnalist,

Qafar Çaxmaxlı

Jurnalist, Ərciyəz Universitetinin professoru,

Əli Mustafa

Demoratik Dəyişim Platformasının sədri,

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri,

Qorxmaz İbrahimli

Aydınlar partiyası sədrinin müavini,

Kənan Həmzəoğlu

Dövlətə Dəstək Hərəkatının rəhbəri


Bir cavab yazın