Bloomberg: Makron Rusiya və Ukrayna arasında danışıqlar üçün sülh planı hazırlayır
Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna arasında danışıqların başlanmasına kömək edə biləcək sülh planı ilə Çin prezidenti Si Cinpinə müraciət edəcək. Bu barədə Bloomberg planın təfərrüatları ilə tanış olan mənbələrə istinadən yazır. Fransa tərəfinin strategiyası Rusiya-Ukrayna danışıqlarının bu yay baş tuta biləcəyini nəzərdə tutur.
Agentliyin həmsöhbətləri iddia edirlər ki, cənab Makron xarici siyasət üzrə müşaviri Emmanuel Bonna Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbəri Vanq Yi ilə sülh planının təfərrüatlarını işləməyi tapşırıb. Bloomberg-ə görə, onlar “gələcək danışıqlar üçün əsas kimi istifadə oluna biləcək bir struktur yaratmalıdırlar.
Fransa prezidentinin ofisinin nümayəndəsi Bloomberg-ə cənab Bonnun Vanq Yi ilə danışmaq planlarını təsdiqləyib, lakin o, qarşıdakı söhbətin başqa təfərrüatlarını açıqlamayıb. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Fransanın sülh planı ilə bağlı məlumatların do]rulu]unu yoxlamaq çətindir, onun mənbəyini bilmirlər.
Yenises.ru