BMT-də Qazağıstan prezidentinin nitqini tərcümə edən tapılmadı


BMT-də Qazağıstan prezidentinin nitqini tərcümə edən tapılmadı
BMT Baş Assambleyasının 70–ci yığıncağlnda Qazağıstan prezidenti Nursultan Nazarbayevin çıxışını tərcümədə problem olduğu üçün yarımçıq kəsiblər.

Tribunaya çıxan Qazağıstan prezidenti Nazarbayev qazax dilində danışmağa başlayıb. BMT-nin rəsmi kanalında və zalda oturanların qulaqlıqlarında onun çıxışının sinxron tərcüməsi səsləndirilməyib. Nətiəcədə tədbirin aparıcısı Qazağıstan prezidentinin çıxışını kəsməli olub. Nazarbayevdən üzr istəyərək gözləməsini xahiş ediblər.

Bir neçə dəqiqədən sonra tərcümə davanm edib və Nazarbayev zala qayıdaraq nitqinə başlayıb.

Məsələ bundadır ki, təşkilatçılar Nazarbayevin rus dilində çıxış edəcəyinə əmin olduqları üçün qazax dilində tərcümə nəzərə alınmayıb. Nursultan Nazarbayev isə BMT-nin yüksək tribunasında doğma dilində danışıb.

/Yenises.ru/


Bir cavab yazın