Böyük futbola yol kiçik turnirlərdən başlasa da…


Böyük futbola yol kiçik turnirlərdən başlasa da...
Böyük futbola yol kiçik turnirlərdən başlasa da…
Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı və “Standart” bankın sponsorluğu ilə Lənkəran şəhərində Azərbaycan Demoratik Cümhuriyyətinin 94-cü ildönümünə həsr olunmuş 10-11 yaşli məktəblilərdən ibarət futbol turnirinin keçirilməsi ilə bağlı xəbər hamımıza məlumdur. CRFF-nın digər fedarasiyalardan üstünlüyü bu tipli turnirlərin Cənub regionunda tez-tez keçirilməsidir. Federasiyanin prezidenti Sakin Məmmədzadə butun çetinliklərə baxmayaraq işinin öhdəsindən layiqincə gəlməyi bacarır. Kaş bütün klub rəhbərlikləri Sakin müəllim kimi işinin öhdəsindən gəlməyi bacarardılar. CRFF- ı ərazisinə daxil olan (Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı Salyan və Neftçala) balaca və yeniyetmə istedadları uzə çıxarmağı bacarıb və bu istedadlardan bir neçəsi Azərbaycan futbol yığmasının müxtəlif yaş qruplarında millimizin şərəfini qoruyurlar. Turnirin keçirilməsində maddi cəhətdən dayaq olan “Standart” bankin rəhbərliyini alqışlamaq lazımdır. Uşaq futbolunda maddi gelirin olmaması üzündən bir çox təşkilatlar belə turnirlərin keçirilməsinə yardımçı olmurlar. Amma “Standart” bankı artıq neçə ildir ki, belə turnirlərin keçirilməsində əlindən gələn köməkliyi göstərir.

Turnirin final oyununda azerkeşlərin sayı bizi sevindirə bilməz. Çünki, Lənkəran azərkeşi respublikamızda çılğınlığı və komandasını dəstəkləməkdə liderdir. Çox təssüflər olsun ki, müxtəlif yaş qruplarında olan komandalarımız Lənkəralı azerkeşlərdən dəstək görmurlər. Əgər bu gün bu uşaqlar onlara qarşı azerkeşlər tərəfindən laqeyd münasibəti görürlərsə, oyun zamanı hevəsdən düşürlər və bu da onlara psixi təsir göstərə bilər. Əcnəbi oyunçulara göstərdiyimiz dəstəyin 10 faizini öz yerli gənclərimizə göstərsək onların sevincinin həddi-hüdüdu olmaz və bizlər üçün daha da yaxşı oynayacaqlar. Lənkəranda bir neçə fan-klubun fəaliyyət göstərməsinə baxmayaraq, onlara gənclərin oyunlarında və belə turnirlərdə rast gəlmək olmur. Əgər bu gün öz uşaqlarımıza dəstək olmuruqsa, bes onda Xəzər-Lənkəranın oyunları zamanı on minlərlə azərkeş kimə dəstək olur ? Subaşiç kimi gününü mənasiz keçirən əcnəbiyəmi? Sovet dövrundə Azərbaycan komandalarında yerli gənclər ilə yanaşı iki-üç rus oynayırdı. Amma azerkeş dəstəyi həmişə yuksək səviyyədə olurdu. İndiki dövrdə isə respublikamizda klublarda əcnəbilərin sayı hesabı yoxdur. Əcnəbi yoxdursa azərkeş sayı da dəfələrlə az olur. Bu təkcə Lənkəran azərkeşlərinə aid deyil, Azərbaycanin bütün azərkeş kutləsinə aiddir. Nə qədər gec deyil yeniyetmə oyunçularımıza dəstək olaq ki, onlar da bizim dəstəyimiz sayəsində günü- gündən inkişaf etsinlər və bizləri təkcə ölkəmizdə deyil, Avropa ölkələrində legioner həyatı yaşayaraq gözəl oyunu ilə sevindirsinlər.

Turnirin keçirilməsi haqda məlumat 10 gündən çoxdur ki, sosial şəbəkədə muxtəlif qruplarda elan edilmişdir. Amma buna baxmayaraq final oyununda və mükafatlandırma mərasimində heç bir jurnalist gözə dəymirdi. Bununla da sayı hesabı olmayan idman portallarinin bir neçəsini çıxmaqla yerdə qalanlar bir daha subut etdilər ki, Azərbaycan futbolunun inkişafı onları maraqlandırmır. Televeziya kanallarına gəldikdə isə, Cənub regionunda fəaliyyət göstərən CTV kanalı nədənsə bu turnirə az da olsa vaxt ayira bilməyiblər. Ölkəmizdə yayimlanan digər televeziya kannallarından həmişə oldugu kimi yalnız “Xəzər” TV fərqlənib. Hamimizin həvəslə izlədiyi, sonralar sirli şekildə qisaldilib keyfiyyətini itirən Futbol saatinin aparıclsı, Azərbaycan azarkeşlərinin sevimlisi,hörmət bəslədiyimiz Emin Abbasov oz çekiliş qrupu ilə Lənkarana sefer edib və keçirilən turniri futbol ictimaiyyətinə çatdırmaqda böyuk pay sahibi olub. Emin qardaşımız bir daha subut etdi ki, onun tutdugu yol futbolumuzun inkişafına yönəlib və bu işdə əməyi olan hər bir kəsi dəstəkləyir. Kaş Azərbaycanda efirə gedən butun idman verlişlərinin aparıcıları Emin kimi merd, düzü düz, əyrini əyri deməyi bacaran, futbolumuzun inkişafı üçün əlindın gələni edən insanlar olaydı! Efirə çıxıb Premyer-Liqanın bir-iki oyununa ala-babat şərh bildirmək futbolun inkişafı demək deyil! Futbolun inkişafı üçün Emin Abbasov kimi, hava şeraitinə baxmadan Azərbaycanin bütün bölgələrində keçirilən turnirləri işıqlandirmaq hər bir jurnalistin borcudur!

Qonaq qismində turnirə qatilanlar arasında Xəzər-Lənkəranın veteranları da iştirak edirdilər. Mircalal Əliyev, Ağadadaş Həmidov, İqbal Babayev, Siyasət Əliyev, Məhərrəm Bağırov və adlarını çəkə bilmədiyim veteranlar sevinc içində idilər. Vaxti ikən top qovduğları doğma meydanda 10 -11 yaşlı yeniyetmələrin oyununu izlədikdə bir daha əmin oldular ki, Azərbaycan futbolunun ürəyi olan Lənkəranda futbol var və bu uşaqlar onların yolunu layiqincə davam etdirə bilərlər. Qonaqlar arasında respublika dərəcəli hakim Ağabala Axundov və Xəzər-Lənkəran klubunun icraçı direktoru Höccət Hacıyev də vardır. Höccət müəllim qonaq qismində iştirakı ilə bir daha esl futbola bağlı bir insan olduğunu sübuta yetirdi. Belə kiçik turnirlərdə rəhberlik qismində iştirak etməyi hər kəs özünə rəva bilmir. Höccət müəllim atdiğı bu addıma görə alqışa layiqdir. Tədbirə Lənkəran şəhər bələdiyyəsinin nümayəndələri dəvətli olsalar da, naməlum səbəblərdən iştirak etməyiblər. Belə bir bayram günündə hər bir vətəndaşın Azərbaycan naminə bayrağımızın dalğalandığı yerdə qurur duymalıdır!

Əgər futbolumuzun inkişafını istəyiriksə uşaq futboluna diqqət və qayğını ilk növbədə artırmalıyıq. 10 yaşlı uşaq ona yaradılan diqqəti gördükdə istər-istəməz diqqətini futbola yönəldir və özünü yaxşı tərəfdən göstərməyə can atır. AVRO-2020- in ölkəmizdə keçirilməsini istəyiriksə, indidən 10 yaşlı istedadları yığıb onlar üçün şərait yaratmaq lazimdır. Hər bir bölgədə futbol akademiyaları və stadionlar tikilməli, qəsəbə, kənd və məhəllələrdə futbol meydanlari yaradılmalıdır. Bu işdə futbol təşkilatları, klublar, bələdiyyələr ve siravi vətəndaşlar birləşib birlikdə əlindən gələni etməlidirlər. Respublikamızda uşaq futbolunun inkişaf etdirilməsində Qəbələ klubu liderdir. Qələbə klubu haqda gələcək yazılarlmızda bəhs edəcəyik.

Ən sonda, öz adımdan turnirin keçirilməsində əməyi olan hər bir kəsə, CRFF-ın əməkdaşlarına, “Xəzər”TV –in kollektivinə, turnir barədə məlumatı azərkeşlərə çatdıran portallarının jurnalistlərinə, dəyərli futbol veteranlarımıza, teşrif buyuran qonaqlara ve oyunu izləyən azerkeşlərə, komandaların təmsil etdikləri məktəblərin muəllim kollektivinə, şagirdlərə və valideynlərə təşəkkur edirəm. Qoy belə turnirlərin sayı Azərbaycanımızın bütün bölgələrində çox olsun və futbolumuzun inkişafına təkan versin!

/Yenises.ru/


Bir cavab yazın