Braziliyalı tələbə qız bakirəliyini auksiona çıxartdı
20 yaşlı Kararina Miqliorinni bakirəliyini xeyriyyə auksionunda satışa çıxardıb. “Orange News” portalının verdiyi məlumata görə yığılan pul onun yaşadığı Santa-Katarina ştatında kasıb yaşayan ailələr üçün evin tikintisinə xərclənəcək.
Keçiriləcək tədbirin hər addımı “Bakirələr axtarılır” filmində sənədləşdiriləcək. Katarinanın sözlərinə görə o auksiona biznes kimi baxır. “Mənim səyahətə çıxmağa, kino çəkilişlərində iştirak etməyə və ehtiyat yığmağa imkanım var”-deyə o, “Folha” qəzetinə məlumat verib.
Tələbənin məntiqinə görə bunu həyatında bir dəfə etmək fahişəlik deyil, necə ki, bir yaxşı kadr çəkməklə avtomatik foroqraf olmaq olmur. Katarina özünü romantik sayır və məhəbbətə inanır. Planlaşdırılmış aksiya onun üçün böyük məna kəsb edəcək.
Filmin rejissoru Katarinanın birinici itim təcrübəsinin əvəvəli və sonunun həyəcanlı anlarını lentə alacaq. Filmin çəkilişində Aleksandr adlı günahsız gənc iştirak edəcək.
Miss Miqliorinni 12, 500 funt sterlinq və auksionun 90 faiz gəlirini qazanmış olacaq. Hazırda auksionun məbləği 120, 000 funt sterliqdir. Auksion 15 oktyabrda başa çatacaq.
Katarina ilə onun bakirəliyinin alıcısının görüşü Avstyaliyadan ABŞ-a uçuş zamanı təyyarədə olacaq. Bu da fahişəlik qanunverciliyinin yanından keçmək deməkdir.
KİV-də gənc qızların bakirəliyini hərraca çıxartması haqqında vaxtaşırı xəbərlər yayılır. 2011-ci ildə belçikalı Noell öz bakirəliyini internetdə satışa çıxartmışdı. Amma o auksiondan qazanılanın 5 faizini xeyriyyə üçün ayırmışdı.
2010-cu ildə icə macarıstanlı bakirəliyini pula satmışdı ki, anasının ipoteka krediti borcunu və özünün tibb universitetindəki təhsil haqqını ödəsin.
Bir il əvvəl isə 22 yaşlı amerikalı universitetdə magistratura təhsilini davam etdirmkdən ötrü bakirəliyini auksiona çıxartmışdı.
2004-cü ildə 18 yaşlı britaniyalı Rozi Reyd universitetdə təhsil haqqını ödəmək üçün bakirəliyini satmışdı. O bakirəliyi üçün 8 min 400 funt almışdı. “Fahişə olmaq universiteti 15 min funt borcla qurtarmaqdan yaxşıdır”-demişdi Reyd jurnalistlərə.
/Yenises.ru/